Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİ QEYDİYYATA ALINIR

08.05.2019

    Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublikada mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və elektron kadastr məlumat bazasının təkmilləşdirilməsi aprel ayında da diqqətdə saxlanılmışdır.
   
Ötən ay 27 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmış, Culfa, Kəngərli və Sədərək rayonlarında ailə təsərrüfatlarında əkin atlaslarına uyğun əkinlərin aparılması ilə bağlı maarifləndirici tədbirlər keçirilmişdir. Şərur rayonunun Yuxarı Daşarx, Xanlıqlar və Siyaqut kəndlərində planaalma işləri başa çatdırılmış, 2054 daşınmaz əmlak obyekti plana alınmışdır. 
 Şahbuz rayonunun Külüs və Keçili bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanmış və torpaqların növləri üzrə uçotu aparılmış, 30-a yaxın müxtəlif məzmunlu plan və xəritələr

Ardını oxu »

İNNOVATİV İDEYALARIN MÜZAKİRƏSİ KEÇİRİLİB

06.05.2019

    Mayın 6-da Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş Torpaqşünaslıq və aqrokimya, Geodeziya və xəritəçəkmə mühəndisliyi ixtisaslarında təhsil alan tələbələrlə innovativ ideyaların müzakirəsi keçirilib. Komitənin sədri Müslüm Cabbarzadə “İdeyadan başlanğıca” devizi altında yeni ideyaların üzə çıxarılması, yaradıcı düşüncənin inkişaf etdirilməsi üçün bu cür görüşlərin müntəzəm keçiriləcəyini qeyd edib. Hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrin bacarıqlı mütəxəssis kimi formalaşmasında Komitə tərəfindən görüləcək işlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
    Görüş zamanı tələbələrə startap komandalarının yaradılması, layihə təqdimatının düzgün hazırlanması ilə bağlı tövsiyyələr verilib. İnnovativ ideyalar dinlənilib, müzakirələr aparılıb. Tələbələri maraqlandıran suallar cavablandırılıb.

Ardını oxu »

DAŞINMAZ ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNDƏ KOLLEGİYA İCLASI KEÇİRİLİB

30.04.2019

   Aprelin 30-da Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib. Kollegiya iclasını Komitənin sədri Müslüm Cabbarzadə açaraq “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində Komitə qarşısında duran vəzifələrlə bağlı məruzə edib. Əvvəlki dövlət proqramlarında qarşıya qoyulmuş vəzifələrin uğurla icra olunduğunu qeyd edən Komitə sədri, yeni Dövlət Proqramı ilə müəyyənləşdirilmiş vəzifələrin yüksək səviyyədə icrası üçün görüləcək işlərdən danışıb.

Ardını oxu »

KOMİTƏNİN KOLLEKTİVİ NAXÇIVAN BİZNES MƏRKƏZİNDƏ OLUB

29.04.2019

    Aprelin 27-də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin və Komitənin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun kollektivləri Naxçıvan Biznes Mərkəzini ziyarət ediblər.
    Tanışlıq zamanı məlumat verilib ki, 2013-cü ildə istifadəyə verilən mərkəzin əsas fəaliyyət istiqamətləri biznesin inkişafı, sahibkarlar arasında işgüzar əlaqələrin gücləndirilməsi, müxtəlif tədbirlərin, beynəlxalq konfransların, forum və seminarların keçirilməsi, yerli istehsal məhsullarının, əl işi və sənət əsərlərinin sərgi-satışının təşkilidir.
    Qeyd olunub ki, mərkəzdə qurulan stendlərdə muxtar respublikada fəaliyyət göstərən iri özəl sektor təmsilçiləri ilə yanaşı

Ardını oxu »