Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN İSTİFADƏYƏ NƏZARƏT DİQQƏTDƏ SAXLANILIB

DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN İSTİFADƏYƏ NƏZARƏT DİQQƏTDƏ SAXLANILIB

 21.01.2020

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon İdarəsi tərəfindən 2019-cu il ərzində daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə nəzarət diqqətdə saxlanılıb, vətəndaşların müraciətləri əsasında 93 fərdi yaşayış evinə, 15 mənzilə, 1 qeyri-yaşayış sahəsinə məxsus olmaqla, 109 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb.

Plan-ölçünün hazırlanması üçün 139,  hüquqların  dövlət  qeydiyyatına alınması üçün 273 müraciətə baxılıb. Əvvəlki illə müqayisədə hazırlanan texniki sənədlərin sayı artıb. Texniki sənədlərin hazırlanması zamanı əmlaklara yerində baxış keçirilib, 156 müayinə aktı yazılıb. Məhdudiyyət və yüklülüyə dair 169, əmlakın olub-olmamasına dair 127 arayış,       19 dublikat sənəd verilib.

Rayonun 13 yaşayış məntəqəsində torpaq sahələrinin plana alınması başa çatdırılıb. 14 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib, 82 vətəndaşın müraciəti qəbul olunaraq icra edilib. Mülkiyyət sənədləri hazırlanaraq qısa zaman ərzində yerlərdə vətəndaşlara çatdırılıb. İl ərzində 64 vətəndaşın şifahi müraciəti əsasında əmlaklara yerində baxış keçirilib, müraciətlər qanunvericiliyin tələblərinə uyğun cavablandırılıb.

Baxılıb: 643