Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

İQTİSADİYYAT NAZİRİ KAZIM HÜSEYNƏLİYEV BABƏK RAYONUNDAN OLAN VƏTƏNDAŞLARI QƏBUL EDİB

21.08.2025

Avqustun 21-də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Babək rayonunda  vətəndaş qəbulu keçirib.

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Sonra 3 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzində qəbula gələn vətəndaşlar əmlak, vergi, nəqliyyat-logistika sahəsində fəaliyyət və işə qəbul məsələləri ilə bağlı müraciət ediblər.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahatlar verilib, digər qurumların səlahiyyətlərinə aid olan məsələlər baxılması üçün həmin qurumlara göndərilməsi məqsədilə qeydiyyata alınıb.

Ardını oxu »

NAXÇIVANIN İQTİSADİYYAT NAZİRİ İRANIN BAŞ KONSULU İLƏ GÖRÜŞÜB

21.08.2025

Avqustun 20-də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev ilə İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Aziz Mansouri arasında görüş keçirilib.

Nazir Kazım Hüseynəliyev ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişaf etdiyini, əlaqələrin daha da genişləndirilməsi üçün potensialın böyük olduğunu və bu potensialdan səmərəli istifadə olunmasının önəmini diqqətə çatdırıb.

Öz növbəsində Baş konsul Aziz Mansouri səmimi görüşə görə təşəkkürünü bildirib, ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişlənməsinin əhəmiyyətini ifadə edib.

Görüş zamanı tərəflər iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində mövcud olan imkanların reallaşdırılması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ardını oxu »

NAXÇIVANDA DAŞINMAZ ƏMLAKIN QEYDİYYATINDA AKTİVLİK ARTIB

14.08.2025

2025-ci ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində 129 qeyri-yaşayış binası, 2528 torpaq sahəsi, 2245 fərdi yaşayış və bağ evi, 24 əmlak kompleksi kimi müəssisə dövlət qeydiyyatına alınmışdır.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınan  qeyri-yaşayış binalarınının sayında 43,3 faiz, torpaq sahələrinin sayında 0,7% , fərdi yaşayış və bağ evlərinin sayında 7,1 faiz, əmlak kompleksi kimi müəssisələrinin sayında 9 faiz artım olmuşdur.

Ardını oxu »

NAXÇIVANDA DAŞINMAZ ƏMLAKLA BAĞLI ELEKTRON MÜRACİƏTLƏRİN SAYI 15,5 FAİZ ARTIB

14.08.2025

Naxçıvanda daşınmaz əmlakla bağlı xidmətlərin elektronlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilib.

2025-ci ilin 7 ayında vətəndaşlardan sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən Xidmətə 3624 elektron müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz çoxdur.

Ardını oxu »