ÖTƏN AY 1519 DAŞINMAZ ƏMLAK OBYEKTİ PLANA ALINIB
07.08.2019
Muxtar respublikada torpaq istifadəçiliyi sahəsində aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və elektron kadastr məlumat bazasının təkmilləşdirilməsi iyul ayında da diqqətdə saxlanılmışdır.
Ötən ay 22 ailə təsərrüfatına məxsus qeyri yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır. Kəngərli rayonunda daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılmış, Şahbuz rayonunda planaalma işlərinə
ƏKİN SAHƏLƏRİNİN YANDIRILMASI İNZİBATİ MƏSULİYYƏT YARADIR
02.08.2019
Muxtar respublikamızda kənd təsərrüfatının əsas istehsal vasitəsi olan torpağın istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır, mütəmadi monitorinqlər aparılır.
Müşahidələr göstərir ki, bəzi hallarda məhsul yığımından sonra təsərrüfat sahibləri tərəfindən əkin sahələri yandırılır. Bu isə torpaqların münbitliyinin itirilməsi ilə yanaşı, ərazinin ekoloji vəziyyətinə də ciddi zərər vurur. Əkin yerləri yandırılarkən bitki qalıqları, torpağın humus qatı, faydalı torpaq mikroflorası və mikrofaunası məhv olur. Torpaqlar münbitliyini itirir, məhsuldarlıq aşağı düşür. Sahələrin yandırılması həm də inzibati məsuliyyət yaradır.
BİRİNCİ YARIMİL ƏRZİNDƏ KOMİTƏNİN ŞAHBUZ RAYON İDARƏSİ TƏRƏFİNDƏN DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN İSTİFADƏYƏ NƏZARƏT DİQQƏTDƏ SAXLANILIB
30.07.2019
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz Rayon İdarəsi tərəfindən 2019-cu ilin I yarısı ərzində daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə nəzarət diqqətdə saxlanılmış, vətəndaşların müraciətləri əsasında 50 fərdi yaşayış evinə, 10 mənzilə məxsus texniki pasport hazırlanmışdır.
Plan-ölçünün hazırlanması üçün 61, hüquqların dövlət qeydiyyatına alınması üçün 128 müraciətə baxılmışdır. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan texniki sənədlərin sayı 7,1% artmışdır. Texniki sənədlərin hazırlanması zamanı əmlaklara yerində baxış keçirilmiş, 78 müayinə aktı yazılmışdır. Məhdudiyyət və yüklülüyə dair 72, əmlakın olub-olmamasına dair 93 arayış, 11 dublikat sənəd verilmişdir.
Rayonun 8 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilmiş, 70 vətəndaşın müraciəti qəbul olunaraq müvafiq qaydada icra edilmişdir. Mülkiyyət sənədləri hazırlanaraq qısa zaman ərzində yerlərdə vətəndaşlara çatdırılmışdır. 6 ay ərzində 29 vətəndaşın şifahi müraciəti əsasında əmlaklara yerində baxış keçirilmiş, qanunauyğun həll edilmişdir.
CARİ İLİN BİRİNCİ YARISINDA KOMİTƏNİN ŞƏRUR RAYON İDARƏSİ TƏRƏFİNDƏN HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI ARTIB
30.07.2019
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şərur Rayon İdarəsinə 2019-cu ilin ilk altı ayı ərzində mülkiyyət sənədlərinin hazırlanması üçün 522 müraciət daxil olmuş və icra edilmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,5% çoxdur. Müraciətlər əsasında 100 daşınmaz əmlak obyektinin texniki pasportu, 272 həyətyanı, 150 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan-ölçüsü hazırlanmışdır. Texniki sənədlərin hazırlanması zamanı 161 müayinə aktı, 11 bölünmə və birləşmə planı tərtib edilərək arxiv sənədlərinə əlavə olunmuşdur.
