Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ÖTƏN İL 1099 MÜLKİYYƏT SƏNƏDİ HAZIRLANIB

ÖTƏN İL 1099 MÜLKİYYƏT SƏNƏDİ HAZIRLANIB

 21.01.2020

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən 2019-cu il ərzində mülkiyyət sənədlərinin hazırlanması üçün daxil olmuş 1099 müraciət icra edilib ki, bu da 2018-ci illə müqayisədə 18,4% çoxdur. Müraciətlər əsasında 163 fərdi yaşayış evi, 50 mənzil, 7 qeyri-yaşayış binası, 2 qeyri-yaşayış sahəsi, 2 əmlak kompleksi kimi müəssisə olmaqla, 224 daşınmaz əmlak obyektinin texniki pasportu, 545 həyətyanı, 330 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan-ölçüsü hazırlanıb. Texniki sənədlərin hazırlanması zamanı 354 müayinə aktı, 25 bölünmə və birləşmə planı tərtib edilərək arxiv sənədlərinə əlavə olunub.

248 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 913 arayış hazırlanaraq vətəndaşlara təqdim olunub.

Torpaqların elektron uçotunun aparılması məqsədi ilə planaalma işləri başa çatdırılıb.

53 bələdiyyənin yerquruluşu sənədləri qovluğu hazırlanıb.

216 vətəndaşın şifahi müraciətinə baxılıb və qanunvericiliyin tələblərinə uyğun icrası təmin edilib.

Rayonun 24 yaşayış məntəqəsində səyyar xidmət göstərilib, 202 vətəndaşın müraciəti qəbul olunaraq icra edilib. Mülkiyyət sənədləri hazırlanaraq yerində vətəndaşlara təqdim olunub.

Baxılıb: 723