Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

DAŞINMAZ ƏMLAKLA BAĞLI VƏTƏNDAŞ MÜRACİƏTLƏRİ OPERATİV HƏLL EDİLİR

05.06.2019

  Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz Rayon İdarəsi tərəfindən 2019-cu ilin may ayında da vətəndaşların müraciətlərinin operativ həlli diqqətdə saxlanılıb.
  Müraciətlər əsasında ay ərzində 4 fərdi yaşayış evinə, 2 mənzilə məxsus texniki pasport hazırlanıb.
  Plan-ölçünün hazırlanması üçün 15, hüquqların dövlət qeydiyyatına alınması üçün 24 müraciətə baxılıb. Texniki sənədlərin hazırlanması zamanı əmlaklara yerində baxış keçirilib, 6 müayinə aktı yazılıb.             Məhdudiyyət və yüklülüyə dair 25 arayış, 6 sosial arayış verilib.
5 vətəndaşın şifahi müraciəti əsasında əmlaklara yerində baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub.
Kolanı kəndində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq vətəndaşlara təqdim edilib.

ÖTƏN AY VƏTƏNDAŞLARA DAŞINMAZ ƏMLAKLA BAĞLI 145 ELEKTRON XİDMƏT GÖSTƏRİLİB

04.06.2019

 Muxtar respublikada daşınmaz əmlakın kadastrı və reyestrinin təkmilləşdirilməsi sahəsində ardıcıl fəaliyyətin təmin edilməsi 2019-cu ilin may ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqətdə saxlanılmışdır.
  Ay ərzində 17 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmış, Naxçıvan şəhəri, Ordubad və Şahbuz rayonlarında ailə təsərrüfatlarında əkin atlaslarına uyğun əkinlərin aparılması ilə bağlı maarifləndirici tədbirlər keçirilmişdir.
  Şərur rayonunda daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılmış, Kəngərli rayonunda planaalma işlərinə başlanılmışdır. Ay ərzində 2063 daşınmaz əmlak obyekti plana alınmışdır.

 Kəngərli Rayon İcra Hakimiyyətində torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.  

Ardını oxu »

ÖTƏN AY 85 DAŞINMAZ ƏMLAK OBYEKTİNƏ MƏXSUS TEXNİKİ SƏNƏD HAZIRLANIB

06.06.2019

  Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şərur Rayon İdarəsi tərəfindən 2019-cu ilin may ayında daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə nəzarət diqqətdə saxlanılıb.
  Ay ərzində 14 daşınmaz əmlak obyektinin texniki pasportu, 71 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb. Texniki sənədlərin hazırlanması zamanı 20 müayinə aktı, 3 bölgü planı tərtib edilərək arxiv sənədlərinə əlavə olunub.

  Vətəndaşların müraciətləri əsasında 21 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 62 arayış hazırlanaraq təqdim edilib. 16 vətəndaşın şifahi müraciətinə baxılıb və qanunvericiliyin tələblərinə uyğun həll edilib.
  Rayonun Kosacan və Qaraburc kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq vətəndaşlara təqdim olunub.

VƏTƏNDAŞLARA SƏYYAR XİDMƏT GÖSTƏRİLİB

23.05.2019

sekil bina Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara səyyar xidmətlərin göstərilməsi davam etdirilir. Mayın 23-də Komitənin səyyar xidmət qrupu Şərur rayonunun Kosacan kəndində olub. Daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı üçün müraciət edən 10 vətəndaşın ərizəsi qəbul olunaraq məlumat bazası ilə dəqiqləşdirilib. Texniki sənədlərin hazırlanması üçün müasir geodeziya-ölçü avadanlıqları vasitəsi ilə torpaq sahələrinin ölçüləri müəyyənləşdirilib. Qəbul edilmiş sənədlər Komitənin Şərur Rayon İdarəsi tərəfindən elektron sistemə daxil edilib.
  Qeyd edək ki, səyyar xidmət zamanı vətəndaşlara daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqlarla bağlı verilmiş mülkiyyət sənədlərinin - torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, dövlət aktlarının, qeydiyyat vəsiqələrinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi,

Ardını oxu »