DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI İLƏ BAĞLI MÜRACİƏTLƏRİN İCRASI DİQQƏTDƏ SAXLANILIR
17.02.2020
Torpaqlardan istifadəyə dövlət nəzarətinin gücləndirilməsi və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətlərin icrası cari ilin ilk ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən diqqətdə saxlanılıb.
Ötən ay 18 fərdi yaşayış evinə məxsus texniki pasport hazırlanıb, 57 torpaq sahəsinin planı və ölçüsü tərtib edilib. Əmlakların inventarlaşdırılması zamanı 30 müayinə aktı yazılıb.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün 84 müraciət daxil olub, qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qeydiyyata alınıb. Vətəndaşların müraciəti əsasında məhdudiyyət və yüklülüyə dair 43, əmlakın olub-olmamasına dair 45 arayış verilib.
Rayonun kəndlərində torpaqlardan istifadə vəziyyətinə dair monitorinqlər aparılıb, aşkar olunmuş faktlar aradan qaldırılıb.
Kərimbəyli və Yuxarı Uzunoba kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq hüquq sahiblərinə təqdim edilib.
Baxılıb: 600