Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

AĞBULAQ KƏND TURİZM-İSTİRAHƏT BÖLGƏSİNDƏ DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNİN PASPORTLAŞDIRILMASI BAŞA ÇATDIRILIB

28.02.2019

    2018-ci il dekabrın 5-də Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə turizm istirahət bölgəsinin torpaq ehtiyatlarının qorunması və səmərəli istifadəsinin təmin edilməsi, qanunsuz tikintilərin qarşısının alınması, bütün tikintilərin layihə əsasında aparılması və pasportlaşdırılması ilə bağlı tapşırıqlar vermişdir.
    Verilmiş tapşırıqların icrasını təmin etmək üçün kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilmiş, torpaq ehtiyatlarının qorunması və səmərəli istifadə edilməsi sahəsində qanunvericiliyin tələbləri onların diqqətinə çatdırılmışdır.
    Ağbulaq kəndində torpaq sahələrinin ölçülərinin dəqiqləşdirilməsi başa çatdırılmış, 157 daşınmaz əmlak obyekti plana alınaraq kəndin yeni yerquruluşu xəritəsi hazırlanmışdır. Torpaq sahələrinin hüquqi və texniki sənədlərindəki məkan göstəriciləri ilə faktiki istifadə vəziyyəti arasındakı mövcud uyğunsuzluqlar müəyyənləşdirilmiş, qanununvericiliyə uyğun aradan qaldırılmışdır. Tikililərin kütləvi texniki inventarlaşdırılması aparılmış və pasportlaşdırılması üçün ölçüləri dəqiqləşdirilmişdir. Komitənin səyyar xidmət qrupu tərəfindən texniki sənədlərin hazırlanması və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün yaşadıqları ərazidə vətəndaşların müraciətləri qəbul edilmişdir.

Ardını oxu »

KOMİTƏNIN KOLLEKTİVİ HÜSEYN CAVİDİN EV MUZEYİNDƏ OLUB

25.02.2019

  Fevralın 23-də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin və Komitənin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun kollektivləri görkəmli şair və dramaturq Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev muzeyini və xatirə kompleksini ziyarət ediblər.
    Məlumat verilib ki, muzey 1982-ci ildə ədibin anadan olmasının 100 illiyi ilə əlaqədar onun yaşadığı evdə yaradılıb. Tanışlıq zamanı muzeydə qorunub saxlanılan müxtəlif fotoşəkillər, ədibin əsərlərinin ilk nəşrləri, tamaşaya qoyulmuş dram əsərlərinin afişa və pro­qramları, müxtəlif xatirə və ev əşyaları, şairin oğlu Ərtoğrol Cavidə və qızı Turan Cavidə aid materiallar əməkdaşlarda dolğun təəssürat yaradıb.
    Ziyarət zamanı böyük ədibin xatirəsinin əbədiləşdirilməsində, onun zəngin irsinin qorunub saxlanıl­masında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs olunub. Bildirilib ki, ulu öndərin təşəbbüsü və böyük qayğısı nəticəsində 1982-ci ilin noyabr ayında ölməz şairin nəşi uzaq Sibirdən Naxçıvana gətirilib, burada dəfn olunaraq xatirəsi əbədiləşdirilib. 1996-cı ildə ulu öndər Heydər Əliyevin himayəsi ilə ədibin məzarı üzərində əzəmətli məqbərə ucaldılıb. Cavidlər ailəsinin bütün üzvləri həmin məqbərədə uyuyur.

DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNİN İNVENTARLAŞDIRILMASI MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

18.02.2019

    Fevralın 16-da Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində Komitənin rayon (şəhər) idarələrinin əməkdaşları üçün daşınmaz əmlak obyektlərinin inventarlaşdırılması mövzusunda qısamüddətli təlim keçirilib. Tədbiri Komitənin sədri Müslüm Cabbarzadə açıb.
    Bildirilib ki, Komitə əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının artırılması daim diqqət mərkəzində saxlanılır, bu məqsədlə vaxtaşırı təlim və treninqlər təşkil olunur. Bu günkü təlim də Komitənin rayon (şəhər) idarələrinin əməkdaşlarının daşınmaz əmlakın inventarlaşdırılması, daşınmaz əmlak obyektlərinə dair texniki sənədlərin hazırlanması istiqamətində biliklərinin təkmilləşdirilməsi və bu sahədə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.

Ardını oxu »

MEYVƏ ƏKİNLƏRİNİN SAHƏSİ ARTIB

15.02.2019

    Muxtar respublikamızın torpaq-iqlim şəraiti və qədim təsərrüfatçılıq ənənələri burada bol meyvə-tərəvəz yetişdirilməsi üçün olduqca əlverişli imkan yaradır. Bu sahənin inkişafına dövlətin hərtərəfli qayğısı sayəsində əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatını daxili imkanlar hesabına ödəmək məqsədilə zəruri tədbirlər həyata keçirilib, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası uğurla başa çatdırılıb.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib, yerli şəraitə uyğun məhsuldar sortların əkilməsi, mövcud torpaq sahələrindən daha səmərəli istifadə olunması, bu sahəyə dövlət dəstəyinin, daxili və xarici investisiyaların cəlb edilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi əsas vəzifələr kimi müəyyənləşdirilib.

Ardını oxu »