ÖTƏN İL ORDUBAD RAYONUNDA 299 VƏTƏNDAŞA SƏYYAR XİDMƏT GÖSTƏRİLİB
21.01.2020
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi tərəfindən 2019-cu il ərzində daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə dövlət nəzarətinin gücləndirilməsi diqqətdə saxlanılıb. İl ərzində 160 daşınmaz əmlak obyektinə məxsus texniki pasport hazırlanıb ki, bu da əvvəlki illə müqayisədə 4,6% çoxdur. 115 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması üçün əmlaklara yerində baxış keçirilib, 159 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 239 müraciət qəbul edilib, məhdudiyyət və yüklülüyə dair 206 arayış verilib. 19 dublikat sənəd, 78 sosial arayış hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
Rayonun 24 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib, 299 vətəndaşın müraciəti qəbul olunaraq məlumat bazası ilə dəqiqləşdirilib. Mülkiyyət sənədləri hazırlanaraq qısa zaman ərzində yerlərdə vətəndaşlara çatdırılıb. Vətəndaşlardan 228 şifahi müraciət daxil olub, müraciətlərlə əlaqədar əmlaklara yerində baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.
Baxılıb: 669