Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

VƏTƏNDAŞLARA SƏYYAR XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ DAVAM ETDİRİLİR

 22.09.2018

    Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin səyyar xidmət qrupu Şərur rayonunun Zeyvə kəndində olub. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi üçün 1, torpağa mülkiyyət hüququna dair dövlət aktlarının daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi üçün 7, məhdudiyyət və yüklülüyə dair arayışın verilməsi üçün 11, dublikat sənədin verilməsi üçün 1, torpaq sahəsinin plan-ölçüsünün verilməsi üçün 1, ümumilikdə, 21 vətəndaşın ərizəsi qəbul olunaraq məlumat bazası ilə dəqiqləşdirilib.
    Rayonun Düdəngə, Oğlanqala,Aşağı Yaycı, Yengicə və Dizə kəndlərindən də vətəndaşların səyyar xidmət qrupuna müraciətləri qəbul edilib. Sənədlər komitənin Şərur Rayon İdarəsi tərəfindən elektron sistemə daxil olunub. Texniki sənədlərin hazırlanması üçün müasir geodeziya-ölçü avadanlıqları vasitəsilə torpaq sahələrinin ölçüləri dəqiqləşdirilib.

Ardını oxu »

AVQUST AYINDA 483 DAŞINMAZ ƏMLAK OBYEKTİ DÖVLƏT QEYDİYYATINA ALINIB

 15.09.2018

    Naxçıvan Muxtar Respublikasında əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması istiqamətində qarşıda duran vəzifələrin icrası 2018-ci ilin avqust ayı ərzində də diqqət mərkəzində saxlanılmış, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və elektron kadastr məlumat bazasının təkmilləşdirilməsi sahəsində işlər davam etdirilmişdir. Şərur rayonunun Axura, Həmzəli, Dizə və Muğancıq-Müslüm kəndlərində planaalma işləri başa çatdırılmış, ümumilikdə, 1817 daşınmaz əmlak obyekti plana alınmışdır. Şərur rayonunun Püsyan, Yeni Havuş, Tənənəm və Axura bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanmış və torpaqların növləri üzrə uçotu aparılmışdır. Həmçinin Sədərək rayonunun Sədərək bələdiyyəsinin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron kadastr xəritəsi hazırlanmışdır. Avqust ayında muxtar respublika üzrə 483 daşınmaz əmlak obyekti qeydiyyata alınmışdır. Bu dövrdə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranmış 54 daşınmaz əmlak obyektinə ünvan verilmiş, 74 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmış, 109 əmlakın bazar dəyəri məlumat bankına daxil edilmişdir. Bu dövrdə 8 yaşayış məntəqəsində 43 vətəndaşa səyyar xidmət göstərilmişdir.

SUVARILAN TORPAQ SAHƏLƏRİNİN HƏCMİ ARTIB

 05.09.2018

    Araz çayı və Uzunoba Su Anbarından çəkilən suvarma xətlərinin yenidən qurulması nəticəsində su təminatı yaxşılaşdırılıb və yeni torpaq sahələri su ilə təmin olunub. 2015-ci ildə Vayxır sol sahil kanalından qidalanan və 2200 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma və drenaj şəbəkəsi istifadəyə verilib, 2016-cı ildə Babək rayonunda 565, Kəngərli rayonunda isə 117 hektar torpaq sahəsində, 2017-ci ildə Kəngərli rayonunun Böyükdüz kəndində 407 hektar torpaq sahəsində suvarma şəbəkəsi yaradılıb.  2018-ci ilin mart ayından etibarən həmin rayonda 410 hektar ərazini əhatə edəcək yeni qapalı suvarma şəbəkəsinin qurulmasına başlanılıb.
    Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, meliorasiya və irriqasiya sistemlərinin inkişafı istiqamətində görülmüş tədbirlərin nəticəsi olaraq 2017-ci ildə muxtar respublika üzrə suvarılan torpaq sahələri 60 min 768 hektara çatdırılıb. Bu da həyətyanı torpaq sahələri də daxil olmaqla, kənd təsərrüfatına yararlı torpaq sahələrinin 34,3 faizini təşkil edir. 1995-ci illə müqayisədə suvarılan torpaq sahələri 5101 hektar artıb.

Ardını oxu »

İYUL AYINDA 1982 DAŞINMAZ ƏMLAK OBYEKTİ PLANA ALINIB

 09.08.2018

    2018-ci ilin iyul ayında Daşınmaz Əmlak və Torpaq  Məsələləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə işlər mütəşəkkilliklə davam etdirilmişdir.
    “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 aprel tarixli Fərmanı ilə müəyyənləşdirilmiş vəzifələrin icrasının təmin edilməsi məqsədilə iyul ayı ərzində Şərur rayonunun Dəmirçi, Axura və Muğancıq-Müslüm, Babək rayonunun Zeynəddin, Araz və Nehrəm kəndlərində planaalma işləri aparılmış, 1982 daşınmaz əmlak obyekti plana alınmışdır.

Ardını oxu »