Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - HAZIRLANAN TEXNİKİ SƏNƏDLƏRİN SAYI ARTIB

HAZIRLANAN TEXNİKİ SƏNƏDLƏRİN SAYI ARTIB

 17.01.2020

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsi tərəfindən 2019-cu il ərzində 96 fərdi yaşayış evinə, 47 mənzilə, 2 qeyri-yaşayış sahəsinə, 3 qeyri-yaşayış binasına, 2 əmlak kompleksi kimi müəssisəyə məxsus olmaqla, 150 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb.

180 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunub. Əvvəlki illə müqayisədə hazırlanan texniki sənədlərin sayı 65% artıb. Texniki sənədlərin hazırlanması zamanı 180 müayinə aktı yazılıb, 18 bölünmə və birləşmə planı tərtib edilib.

Dövlət reyestrindən 379 çıxarışın, məhdudiyyət və yüklülüyə dair 352 arayışın verilməsi ilə əlaqədar qəbul edilmiş hüquqi sənədlər ilkin ekspertizadan keçirilib və qanunvericiliyə uyğun icra edilib. 151 sosial arayış hazırlanaraq vətəndaşlara təqdim olunub.

Vətəndaşlardan daxil olmuş 76 şifahi, 4 yazılı müraciətə qanunvericiliyin tələblərinə uyğun baxılıb.

Rayonun 11 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq yerində vətəndaşlara təqdim edilib.

Baxılıb: 724