BEŞİNCİ ÇAĞIRIŞ NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNİN SƏKKİZİNCİ SESSİYASINDAN İRƏLİ GƏLƏN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNUB
19.07.2018
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində keçirilən tədbiri komitənin sədri Müslüm Cabbarzadə açaraq məruzə edib. Qeyd olunub ki, “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 aprel tarixli Fərmanı ilə müəyyənləşdirilmiş vəzifələrin icrasının təmin edilməsi məqsədilə Naxçıvan şəhəri və ətraf yaşayış məntəqələrində, Şərur rayonunun bir neçə kənd yaşayış məntəqəsində daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılıb.
DÜDƏNGƏ KƏNDİNDƏ VƏTƏNDAŞLARA SƏYYAR XİDMƏT GÖSTƏRİLİB
13.07.2018
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara səyyar xidmətlərin göstərilməsi davam etdirilir. Səyyar xidmət zamanı vətəndaşlara daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqlarla bağlı verilmiş mülkiyyət sənədlərinin - torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, dövlət aktlarının, qeydiyyat vəsiqələrinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr və vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında hüquqların qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlaklara məhdudiyyət və yüklülüyə dair arayışların verilməsi, daşınmaz əmlakın texniki pasportunun və torpaq sahəsinin plan-ölçüsünün hazırlanması üçün sənədlərin qəbulu aparılır.
İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARININ TƏTBİQİ DAŞINMAZ ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİNİN HƏLLİNİ SADƏLƏŞDİRİB
13.07.2018
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı, xidmətlərin sadələşdirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi diqqət mərkəzində saxlanılır. Komitənin məlumat bazasının formalaşdırılmasında, fəaliyyət istiqamətləri üzrə xidmətlərin əhaliyə çatdırılmasında, çöl geodeziya-ölçmə işlərinin aparılmasında bu sahənin imkanlarından geniş istifadə olunur.
Komitədə məlumatların vahid mərkəzdən idarə olunması təmin edilib. Şəhər və rayon idarələri ilə məlumat mübadiləsinin təşkil olunması üçün fiber-optik kanallar vasitəsilə idarələrin mərkəzləşdirilmiş məlumat bazasına qoşulması və mövcud məlumatlardan operativ xidməti istifadə imkanları yaradılıb.
BU İLİN ÖTƏN DÖVRÜNDƏ MUXTAR RESPUBLİKADA 2739 DAŞINMAZ ƏMLAK QEYDİYYATA ALINMIŞDIR
10.07.2018
Muxtar respublikada torpaqlardan təyinatı üzrə səmərəli stifadə edilməsinə dövlət nəzarətinin gücləndirilməsi 2018-ci ilin birinci yarımilində də diqqət mərkəzində saxlanılmış, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasında operativlik təmin edilmişdir. Naxçıvan şəhəri və ətraf yaşayış məntəqələrində, Şərur rayonunun Düdəngə, Zeyvə, Danyeri, Tənənəm, Xələc, Ələkli,Arbatan, Cəlilkənd və Sərxanlı kəndlərində 7822 daşınmaz əmlak obyekti plana alınmışdır
Babək rayonunun 5, Şahbuz rayonunun 5, Culfa rayonunun 4, Şərur rayonunun 8, Ordubad rayonunun 3 bələdiyyəsinin torpaqlarının qida maddələri ilə təmin olunmasına dair sənədlər hazırlanaraq müvafiq bələdiyyələrə təqdim edilmişdir. Həmçinin Culfa rayon inzibati ərazi vahidinə daxil olan Culfa və Gülüstan bələdiyyələrinin, Babək rayonunun Nehrəm, Araz, Çeşməbasar, Güznüt, Göynük, Nəhəcir, Nəzərabad, Didivar, Qahab, Naxışnərgiz, Məmmədrza Dizə, Sirab, Aşağı Buzqov, Yuxarı Buzqov, Kərimbəyli, Payız, Zeynəddin və Şıxmahmud bələdiyyələrinin xəritələrinin və müvafiq yerquruluşu sənədlərinin hazırlanması başa çatdırılmışdır.