DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNİN İNVENTARLAŞDIRILMASINA MARAQ YÜKSƏLİB
17.01.2020
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Kəngərli Rayon İdarəsi tərəfindən vətəndaşlardan daxil olmuş müraciətlər əsasında 2019-cu il ərzində 71 daşınmaz əmlak obyektinin texniki pasportu, 95 torpaq sahəsinin plan-ölçüsü hazırlanaraq hüquq sahiblərinə təqdim edilib. Əvvəlki illə müqayisədə hazırlanan texniki sənədlərin sayı 24,8% artıb. Mülkiyyət sənədlərinin hazırlanması zamanı 72 müayinə aktı tərtib edilib.
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün müraciətlərə operativ baxılması diqqətdə saxlanılıb, il ərzində daşınmaz əmlakın dövlət reyestrindən 192 çıxarış, məhdudiyyət və yüklülüyə dair 155, əmlakın olub-olmamasına dair 96 arayış hazırlanaraq hüquq sahiblərinə təqdim edilib.
Torpaqların elektron uçotunun aparılması və rəqəmsal kadastr xəritəsinin hazırlanması məqsədi ilə rayonun bütün yaşayış məntəqələrində torpaq sahələri plana alınıb.
Çalxanqala kəndində səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq vətəndaşlara təqdim edilib.
Baxılıb: 619