ƏKİN YERİNİN YANDIRILMASI İNZİBATİ MƏSULİYYƏT YARADIR
04.07.2018
Kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün bütün mülkiyyət növləri üzrə torpaq fondundan səmərəli və məqsədyönlü istifadə edilməsi vacib şərtdir. Muxtar respublikamızda kənd təsərrüfatına yararlı torpaqların istifadəsinə və mühafizəsinə, torpaq qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır, torpaq ehtiyatlarının dövlət idarəetməsi mexanizmi mütəmadi olaraq təkmilləşdirilir.
Hazırda muxtar respublikada taxıl biçini mövsümüdür. Bəzi təsərrüfatçılar məhsul yığımından sonra əkin sahəsinin yandırılmasının torpaq üçün faydalı olduğunu düşünərək bu cür yanlış və qanunazidd addımlar atırlar. Torpaq mülkiyyətçiləri və icarəçilərinin diqqətinə çatdırılır ki, biçin başa çatdıqdan sonra əkin yerlərinin yandırılması bitki qalıqlarını, torpağın humus qatını, faydalı torpaq mikroflorası və mikrofaunasını məhv edir. Torpaqlar münbitliyini itirir, məhsuldarlıq aşağı düşür. Bu əməli törədənlər isə qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar.
Belə ki, əkinəyararlı torpaq sahələrinin münbitliyinin qorunması, ekoloji mühitə vurulan zərərin qarşısının alınması və kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi
DAŞINMAZ ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ MONİTORİNQLƏRİ DAVAM ETDİRİR
27.06.2018
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən torpaqlardan qanunsuz istifadə ilə bağlı monitorinqlər davam etdirilir.
İyun ayı ərzində Şərur rayonu ərazisində aparılmış yoxlamalar zamanı rayonun Yengicə, Dizə və Stansiya Daşarx kəndlərində torpaqlardan qanunsuz istifadə ilə bağlı 4 fakt qeydə alınıb. Bunlardan 3-ü Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq aradan qaldırılıb.Özbaşına tutulmuş torpaq sahələri isə zəbtdən azad edilərək bələdiyyə mülkiyyətinə qaytarılıb.
Stansiya Daşarx kəndində isə bir vətəndaş tərəfindən həyətyanı torpaq sahəsindən təyinatına uyğun olmayan məqsədlər üçün istifadə edilməsi faktı aşkar edilib. Belə ki, həmin şəxs həyətyanı torpaq sahəsində qanunsuz fəaliyyət göstərən pirket istehsal müəssisəsi açıb. Bununla bağlı inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilərək, cərimə tətbiq olunub.
TORPAQLARDAN QANUNSUZ İSTİFADƏ HALLARI ARADAN QALDIRILIR
13.06.2018
Torpaqların istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında Əsasnaməyə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən monitorinqlər aparılır. Bu il aparılan monitorinqlər zamanı Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında torpaqlardan qanunsuz istifadə ilə bağlı ümumilikdə 78 fakt aşkar edilib, qanunvericiliyin tələbinə uyğun olaraq həmin faktların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülüb.
May və iyun aylarında aparılan monitorinqlər zamanı Kəngərli rayonunun Qıvraq qəsəbəsində 1, Yurdçu kəndində 1, Qarabağlar kəndində 2, Qabıllı kəndində 3, Çalxanqala kəndində 4 fakt olmaqla, ümumilikdə rayon üzrə torpaqlardan qanunsuz istifadə ilə bağlı 11 fakt aşkar olunub. Aşkar olunmuş faktlardan 10-u aradan qaldırılıb, 1 vətəndaşa isə torpaqdan qanunsuz istifadənin aradan qaldırılması ilə bağlı xəbərdarlıq edilib.
Vətəndaşlara bildirilib ki, torpaq sahələrinin özbaşına tutulması və qeyri-qanuni tikinti işlərinin aparılması hallarına rast gəlinərsə, həmin vətəndaşlar barəsində inzibati tədbirlər görüləcək.
TORPAQ SAHƏLƏRİNİN PLANAALMA İŞLƏRİ KEYFİYYƏTLƏ APARILIR
12.06.2018
“Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 aprel tarixli Fərmanının icrası ilə əlaqədar olaraq Şərur və Babək rayonlarında torpaq sahələrinin konturlarının çöl geodeziya ölçmə işləri aparılmaqla dəqiqləşdirilməsi və parametrlərin torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi davam etdirilir. Planaalma işləri Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun mütəxəssisləri tərəfindən müasir geodeziya-ölçü avadanlıqlarından istifadə edilməklə yüksək dəqiqlik və keyfiyyətlə yerinə yetirilir.