Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - MÜLKİYYƏT HÜQUQLARININ QEYDİYYATI İLƏ BAĞLI MÜRACİƏTLƏRİN SAYI ARTIB

MÜLKİYYƏT HÜQUQLARININ QEYDİYYATI İLƏ BAĞLI MÜRACİƏTLƏRİN SAYI ARTIB

 17.01.2020

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən ötən il 230 daşınmaz əmlak obyektinə məxsus texniki pasport hazırlanıb, 820 torpaq sahəsinin planı və ölçüsü tərtib edilib. 2018-ci illə müqayisədə hazırlanan texniki sənədlərin sayı 31,3% artıb. 115 bölgü planı hazırlanaraq arxiv sənədlərinə əlavə olunub, 387 müayinə aktı yazılıb.

Hüquqların dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın verilməsi üçün 1076 müraciət daxil olub və icra edilib ki, bu da əvvəlki illə müqayisədə 29,6% çoxdur.

İl ərzində məhdudiyyət və yüklülüyə dair 553, əmlakın olub-olmamasına dair 142 arayış verilib.

Nəzərabad, Didivar, Məzrə, Vayxır, Xalxal, Zeynəddin və Sirab kəndlərində torpaqlardan istifadə vəziyyətinə dair monitorinqlər aparılıb, torpaqdan qanunsuz istifadəyə dair 321 fakt aradan qaldırılıb.

Rayonun 22 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq qısa zaman ərzində hüquq sahiblərinə təqdim edilib.

Baxılıb: 659