Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti -  

X Ə B Ə R L Ə R

GÜRCÜSTAN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

11.07.2025

İqtisadiyyat Nazirliyində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin prioritet inkişaf istiqamətləri nəzərdən keçirilib, enerji, nəqliyyat, infrastruktur, ticarət və investisiya sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə dövlət başçılarının yüksək səviyyəli səfərləri vurğulanıb, dost və qardaş Gürcüstanla əməkdaşlığın bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf etdiyi bildirilib.

Tərəfdaşlığın möhkəmləndirilməsi üçün ölkəmizin əlverişli biznes və investisiya mühiti qeyd olunub, sənaye, tikinti, logistika, qida sənayesi, kənd təsərrüfatı, əczaçılıq, İKT, enerji sahələrində uğurlu fəaliyyətdən bəhs edilib. Bu əməkdaşlığın həm ölkələrimiz üçün, həm də regional inkişaf üçün xüsusi əhəmiyyət daşıdığı nəzərə çatdırılıb.

Ardını oxu »

QEYRİ-YAŞAYIŞ TƏYİNATLI BƏZİ TİKİNTİ OBYEKTLƏRİNİN İSTİSMARINA İCAZƏ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTLƏRİN QƏBULU DAVAM EDİR

04.07.2025

Sahibkarlıq subyektləri tərəfindən şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə tam riayət olunmadan tikilən qeyri-yaşayış təyinatlı binaların iqtisadi dövriyyəyə cəlb edilməsi məqsədi ilə ölkə başçısının “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanı ölkəmizdə, o cümlədən muxtar respublikamızda daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni imkanlar açıb.

Fərmanın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti muxtar respublika ərazisində sifarişçilərin müraciətləri əsasında istismarına icazə verilmiş obyektlərə mülkiyyət sənədlərinin verilməsini davam etdirir. Cari ilin ötən dövründə Xidmət tərəfindən ümumilikdə 28 belə obyektə dair mülkiyyət hüququnu təsdiq edən sənəd verilib.

Ardını oxu »

NAXÇIVANDA HƏRRAC YOLU İLƏ TORPAQ SAHƏLƏRİ MÜLKİYYƏTƏ VƏ İCARƏYƏ VERİLİB

04.07.2025

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın 10 bələdiyyəsinə məxsus 8 torpaq sahəsinin mülkiyyətə, 5 torpaq sahəsinin isə icarəyə verilməsi ilə bağlı hərrac keçirilib.

Rəqabətli keçən hərrac prosesində qeydiyyatdan keçən 26 sifarişçi iştirak edib. Nəticədə hərraca çıxarılan 8 torpaq sahəsi mülkiyyətə, 5 torpaq sahəsi isə icarəyə verilib. 13 sahibkar hərracın qalibi olub.

Ardını oxu »

AZƏRBAYCAN VƏ ÖZBƏKİSTAN ARASINDA BİR SIRA SƏNƏDLƏR İMZALANIB

01.07.2025

İqtisadiyyat Nazirliyində keçirilmiş tədbirdə Özbəkistanla sənaye, tikinti, istehsal, infrastrukturun təkmilləşdirilməsi kimi sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb.

Azərbaycanda səfərdə olan Özbəkistan biznes nümayəndələri ilə görüş çərçivəsində iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb. Bununla əlaqədar İqtisadiyyat Nazirliyində keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov və hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri iştirak ediblər.

Ardını oxu »

İQTİSADİYYAT NAZİRLİYİNDƏ ÖZBƏKİSTANIN İNVESTİSİYALAR, SƏNAYE VƏ TİCARƏT NAZİRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

01.07.2025

Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla görüşdə birgə layihələrin və qarşılıqlı investisiyaların təşviq barədə müzakirələr aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla görüşündə ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verildiyi vurğulanıb. Qeyd edilib ki, dövlət başçılarının səfərləri, keçirilən yüksək səviyyəli görüşlər strateji tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə, qarşılıqlı faydalı əməkdaşlığın davamlı inkişafına təkan verib.

Ardını oxu »

SİLAHLI QÜVVƏLƏR GÜNÜ ƏRƏFƏSİNDƏ ŞƏHİD AİLƏLƏRİ ZİYARƏT EDİLİB

26.06.2025

26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və tabeliyindəki qurumların nümayəndələri şəhid ailələrini ziyarət edib.

Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında keçirilən  görüşlər zamanı şəhidlərimizin əziz xatirəsi böyük hörmət və ehtiramla yad edilib. Ali Baş Komandanımızın rəhbərliyi ilə aparılan uğurlu hərbi əməliyyatlarda iştirak etmiş və tarixi Zəfərə imza atmış şəhidlərimizin və qazilərimizin keçdiyi rəşadətli döyüş yolundan ətraflı bəhs olunub.

Qeyd edilib ki, ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə öz canından keçərək şəhidliyə ucalan qəhrəman Vətən övladlarının xatirəsi daim əziz tutulacaqdır.

Görüşlərdə şəhidlərimizin ailə üzvləri onlarla bağlı xatirələrini bölüşüblər.

Ardını oxu »