DAŞINMAZ ƏMLAK VƏ TORPAQLA BAĞLI MÜRACİƏTLƏR DİQQƏTDƏ SAXLANILIB
21.01.2020
2019-cu il ərzində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinə texniki sənədlərin hazırlanması üçün 793 müraciət daxil olub. Müraciətlər əsasında 359 fərdi yaşayış evinin, 161 mənzilin, 6 qeyri-yaşayış binasının, 4 qeyri-yaşayış sahəsinin, 3 əmlak kompleksi kimi müəssisənin, ümumilikdə 533 daşınmaz əmlak obyektinin texniki pasportu, 260 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması zamanı 185 bölgü planı, 288 müayinə aktı tərtib edilib və arxiv sənədlərinə əlavə olunub.
76 əmlakın qiymətləndirilməsi icra edilib, müvafiq hesabatlar hazırlanıb.
24 vətəndaşın şifahi müraciəti əsasında əmlaklara yerində baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub.
Naxçıvan şəhəri ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadə və onların mühafizəsi mütəmadi nəzarətdə saxlanılıb, torpaqdan qanunsuz istifadəyə dair aşkarlanmış faktlar aradan qaldırılıb.
Baxılıb: 631