Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti -  

X Ə B Ə R L Ə R

NAXÇIVANDA DAŞINMAZ ƏMLAKIN QEYDİYYATINDA AKTİVLİK ARTIB

14.08.2025

2025-ci ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində 129 qeyri-yaşayış binası, 2528 torpaq sahəsi, 2245 fərdi yaşayış və bağ evi, 24 əmlak kompleksi kimi müəssisə dövlət qeydiyyatına alınmışdır.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınan  qeyri-yaşayış binalarınının sayında 43,3 faiz, torpaq sahələrinin sayında 0,7% , fərdi yaşayış və bağ evlərinin sayında 7,1 faiz, əmlak kompleksi kimi müəssisələrinin sayında 9 faiz artım olmuşdur.

Ardını oxu »

NAXÇIVANDA DAŞINMAZ ƏMLAKLA BAĞLI ELEKTRON MÜRACİƏTLƏRİN SAYI 15,5 FAİZ ARTIB

14.08.2025

Naxçıvanda daşınmaz əmlakla bağlı xidmətlərin elektronlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilib.

2025-ci ilin 7 ayında vətəndaşlardan sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən Xidmətə 3624 elektron müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz çoxdur.

Ardını oxu »

NAXÇIVANDA DÖVLƏT ƏMLAKININ İCARƏSİNDƏN BÜDCƏYƏ DAXİLOLMALAR 92,1 FAİZ ARTIB

14.08.2025

2025-ci  ilin yanvar-iyul ayları ərzində Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının icarəyə verilməsindən muxtar respublika büdcəsinə 398,5 min manat vəsait daxil olub. Bu, əvvəlki illə müqayisədə 92,1 faiz çoxdur.

Hesabat dövründə dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 138 yeni icarə müqavilə bağlanmış, 119 icarə müqaviləsinin müddəti uzadılmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni icarə müqavilələrinin sayı 66 ədəd və ya 91,6 faiz, müddəti uzadılmış müqavilələrin sayı 40 ədəd və ya 50,6 faiz çox olmuşdur.

Ardını oxu »

NAXÇIVANDA NÖVBƏTİ TORPAQ HƏRRACI KEÇİRİLİB

13.08.2025

Avqustun 12-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın 3 bələdiyyəsinə məxsus torpaq sahələrinin mülkiyyətə və icarəyə  verilməsi ilə bağlı hərrac keçirilib.

Rəqabətli keçən hərracda 1 torpaq sahəsi mülkiyyətə, 2 torpaq sahəsi isə icarəyə verilməklə 3 sahibkar hərracın qalibi olub.

Qeyd edək ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin növbəti hərracı 29 avqust 2025-ci il tarixdə Mərkəzin Heydər Əliyev prospekti 6 ünvanında yerləşən inzibati binasında baş tutacaqdır.

Ətraflı məlumatı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin http://emlak.nakhchivan.az/ və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin http://nauksion.gov.az rəsmi saytından əldə etmək olar.

Ardını oxu »

AVQUST AYINDA MUXTAR RESPUBLİKADA 3 HƏRRAC KEÇİRİLƏCƏK

11.08.2025

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən avqust ayında muxtar respublikada dövlət əmlakının və bələdiyyə torpaqlarının satışı üzrə 3 hərracın keçirilməsi nəzərdə tutulub.

12 avqust 2025-ci il tarixdə Ordubad rayonunun Biləv bələdiyyəsinin, Şərur rayonunun Püsyan bələdiyyəsinin və Şahbuz rayonunun Kolanı bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi ilə bağlı hərrac keçiriləcək. Hərracla bağlı sifariş qəbulu başa çatıb, cəmi 7 sifariş qəbul olunub.

26 avqust 2025-ci il tarixdə muxtar respublikanın dövlət qurumlarına məxsus 8 nəqliyyat vasitəsinin özəlləşdirilməsi ilə bağlı hərrac planlaşdırılıb.

29 avqust 2025-ci il tarixdə isə Babək rayonunun Şıxmahmud bələdiyyəsinin, Şərur rayonunun Şərur və Qışlaqabbas bələdiyyələrinin və Sədərək rayonunun Sədərək bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi ilə bağlı hərrac keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 26 və 29 avqust tarixlərində keçiriləcək hərraclara sifarişlərin qəbulu Mərkəzin inzibati binasında davam edir. Ətraflı məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin http://emlak.nakhchivan.az/ və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin http://nauksion.gov.az rəsmi saytlarından əldə etmək olar.

Ardını oxu »

AZƏRBAYCAN VƏ ABŞ ARASINDA İQTİSADİ ƏMƏKDAŞLIĞIN GENİŞLƏNDİRİLMƏSİ MÜZAKİRƏ EDİLİB

08.08.2025

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində iqtisadiyyat nazirinin SOCAR-ın prezidenti ilə birlikdə “SpaceX” şirkətinin və “EXIM Bank”ın rəhbər vəzifəli şəxsləri ilə keçirdiyi görüşlərdə tərəfdaşlığın inkişafı barədə müzakirələr aparılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə “SpaceX” şirkətinin vitse-prezidenti Stefani Bednareklə görüşüb.

Qlobal çağırışlar və yeni trendlər fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı, potensialı, strateji inkişaf istiqamətləri və əlverişli investisiya mühiti vurğulanıb. Bildirilib ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi nəticəsində yeni bilik və bacarıqları ehtiva edən sahələrin inkişafı üçün möhkəm baza yaradılıb. Bu isə iqtisadiyyatda innovasiyaların tətbiqini və rəqəmsallaşmanın genişləndirilməsini sürətləndirir.

Ardını oxu »