Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

DAŞINMAZ ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN İNTERNET SAYTI YENİLƏNİB

 12.09.2019

      Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yeni internet saytı (www.emlak.nakhchivan.az) istifadəyə verilib. Müasir tələblərə cavab verən, yeni dizayn və quruluşda hazırlanmış internet saytı Komitənin fəaliyyət istiqamətləri üzrə elektronlaşdırılmış xidmətlərin, tətbiq olunan yeniliklərin daha operativ və dolğun şəkildə istifadəçilərə çatdırılmasını təmin edəcək. Saytın hazırlanması zamanı istifadəçilərin rahatlığını təmin edəcək ən zəruri tələblər nəzərə alınıb, yeni bölmələrin əlavə edilməsi ilə funksionallığı və informasiya yükü artırılıb.

Ardını oxu »

PLANAALMA İŞLƏRİ UĞURLA DAVAM ETDİRİLİR

 11.09.2019

     Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz Rayon İdarəsi tərəfindən 2019-cu ilin avqust ayı ərzində daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə nəzarət diqqətdə saxlanılıb, vətəndaşların müraciətləri əsasında 13 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb.

   Plan-ölçünün hazırlanması üçün 16,  hüquqların  dövlət  qeydiyyatına alınması üçün 31 müraciətə baxılıb. Texniki sənədlərin hazırlanması zamanı əmlaklara yerində baxış keçirilib, 14 müayinə aktı yazılıb. Məhdudiyyət və yüklülüyə dair 24, əmlakın olub-olmamasına dair 5 arayış verilib.

Ardını oxu »

DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİ ÜZƏRİNDƏ HÜQUQLAR DÖVLƏT QEYDİYYATINA ALINIR

 11.09.2019

     Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Babək Rayon İdarəsi tərəfindən 2019-cu ilin avqust ayı ərzində vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri diqqətdə saxlanılıb, torpaqlardan istifadəyə dövlət nəzarətinin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilib. 18 fərdi yaşayış evinə məxsus texniki pasport hazırlanıb, 66 torpaq sahəsinin planı və ölçüsü tərtib edilib. Texniki sənədlərin hazırlanması zamanı 12 bölgü planı hazırlanaraq arxiv sənədlərinə əlavə olunub, 41 müayinə aktı yazılıb.

   Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün 88 müraciət daxil olub, qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qeydiyyata alınıb. Məhdudiyyət və yüklülüyə dair 62, əmlakın olub-olmamasına dair 4 arayış verilib.

Ardını oxu »

KOMİTƏ ƏMƏKDAŞLARI NAXÇIVAN DÖVLƏT RƏSM QALEREYASINDA OLUB

 02.09.2019

   Avqustun 31-də Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin və Komitənin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun kollektivləri “muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Rəsm Qalereyasını ziyarət ediblər.

   Məlumat verilib ki, 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan qalereyanın fondunda 70-dən çox rəssamın 400-ə yaxın əl işi mühafizə olunur. Ekspozisiya zalında birinci guşə ümummilli liderimiz Heydər Əliyevə həsr olunub. İkinci guşədə tarix-mədəniyyət abidələrinə, üçüncü guşədə isə muxtar respublikamızın füsunkar təbiət gözəlliklərinə həsr olunmuş əsərlər sərgilənir.

Ardını oxu »