YARIMİLİN YEKUNLARI VƏ SESSİYADAN İRƏLİ GƏLƏN VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLİB
30.07.2020
İyulun 29-da Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində növbəti kollegiya iclası keçirilib. Xidmətin rəisi Müslüm Cabbarzadə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulan vəzifələr və 2020-ci ilin birinci yarısında yerinə yetirilən işlərə dair məruzəsində bildirib ki, bəhs olunan dövrdə muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaq münasibətlərinin tənzimlənməsi sahəsində qarşıya qoyulmuş vəzifələrin icrası diqqətdə saxlanılıb. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilib. Cari ilin ötən dövründə 7157 daşınmaz əmlak obyekti plana alınıb və bununla da muxtar respublikada torpaq sahələrinin plana alınması başa çatdırılıb.
BƏLƏDİYYƏ TORPAQLARINDAN İSTİFADƏ QANUNLA NECƏ TƏNZİMLƏNİR
28.07.2020
Muxtar respublikamızda həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirlərinin mühüm hissəsini torpaqlardan səmərəli istifadə təşkil edir. Çünki torpaqlardan təyinatı üzrə istifadə olunması belə tədbirlərin vacibliyi ilə yanaşı, müxtəlif sahələr üzrə müsbət nəticələrin əldə olunmasına da zəmin yaradır. Bu baxımdan bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadə də günümüzün aktual məsələlərindəndir. Xüsusilə bələdiyyə torpaqlarının icarəyə verilməsi ilə bağlı hansı qaydalara əməl olunmalıdır? Qanunvericilikdə bununla bağlı hansı normativ-hüquqi qaydalar mövcuddur? Qonaqlarımızla bu məsələləri müzakirə edəcəyik. Mövzu ilə bağlı suallarımızı redaksiyamızın qonaqları –
DAŞINMAZ ƏMLAK VƏ TORPAQLA BAĞLI MÜRACİƏTLƏRİN İCRASI DİQQƏTDƏ SAXLANILIR
28.07.2020
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsi tərəfindən cari ilin altı ayı ərzində 69 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanmışdır. 71 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunmuşdur.
Dövlət reyestrindən 165 çıxarışın, məhdudiyyət və yüklülüyə dair 140 arayışın verilməsi ilə əlaqədar qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılmış və qanunvericiliyə uyğun icra edilmişdir. 148 sosial arayış hazırlanaraq vətəndaşlara təqdim olunmuşdur.
Vətəndaşlardan daxil olmuş 35 şifahi, 5 yazılı müraciətə qanunvericiliyin tələblərinə uyğun baxılmışdır.
DAŞINMAZ ƏMLAKIN QEYDİYYATINA MARAQ ARTIB
28.07.2020
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən 2020-ci ilin I yarımili ərzində 112 daşınmaz əmlak obyektinə məxsus texniki pasport hazırlanmış, 525 torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 24,9% artmışdır.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün 607 müraciət daxil olmuş, qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılmış və qeydiyyata alınmışdır. Məhdudiyyət və yüklülüyə dair 254, əmlakın olub-olmamasına dair 161 arayış verilmişdir.
Qahab, Naxışnərgiz, Payız, Gülşənabad, Güznüt, Çeşməbasar, Aşağı Buzqov, Yuxarı Buzqov və Qaraqala kəndlərində, Nehrəm və Cəhri qəsəbələrində torpaqlardan istifadə vəziyyətinə dair monitorinqlər aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində işlər davam etdirilmişdir.
