Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

HAZIRLANMIŞ TEXNİKİ SƏNƏDLƏRİN SAYI ARTIB

13.10.2020

2020-ci ilin 9 ayı ərzində Xidmətin müvafiq sektoru və yerli idarələri tərəfindən hazırlanmış 4666 texniki sənədin parametrləri Milli Qeydiyyat Sisteminə daxil edilmişdir.

Daxil olmuş müraciətlər əsasında 1295-i müxtəlif növ əmlaklar üçün texniki pasport, 2532-i isə torpaq sahələri üçün plan-ölçü olmaqla, 3827 texniki sənəd hazırlanmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,7% çoxdur.

Dövlət qeydiyyatına alınacaq əmlaklara texniki sənədlərin hazırlanması məqsədilə 1393 əmlaka yerində baxış keçirilərək müayinə aktı tərtib edilmişdir. Əmlakların bölünməsi və birləşməsi zamanı əməliyyatların natura və kameral şəraitdə düzgün aparılmasına nəzarətin təşkili məqsədi ilə 315 əmlaka bölünmə və birləşmə planı tərtib olunmuş, bölünmə və birləşmələr maraqlı tərəflərin iştirakı ilə yerlərdə mərz nişanları bərkidilməklə icra olunmuşdur.

Ardını oxu »

DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI ARTIB

12.10.2020

Vətəndaşların daşınmaz əmlak üzərindəki hüquqlarının dövlət reyestrində qeydiyyata alınması zamanı göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi 2020-ci ilin 9 ayı ərzində diqqətdə saxlanılıb.

Qeyd olunan dövr  ərzində Naxçıvan şəhəri üzrə 1784,  Şərur rayonu üzrə 1022,  Babək rayonu üzrə 1060, Culfa rayonu üzrə 296,  Ordubad rayonu üzrə 272,  Şahbuz rayonu üzrə 218, Kəngərli rayonu üzrə 134, Sədərək rayonu üzrə 31daşınmaz əmlak obyekti, ümumilikdə muxtar respublika üzrə 4817 daşınmaz əmlak obyekti qeydiyyata alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınan daşınmaz əmlak obyektlərinin sayı 12,5% artıb.

Qeydiyyata alınan daşınmaz əmlak bölmələr üzrə 2294 torpaq sahəsi, 812 mənzil, 1616 fərdi yaşayış evi, 34 qeyri-yaşayış binası, 48 qeyri-yaşayış sahəsi, 12 əmlak kompleksi kimi müəssisə, 1 çoxmənzilli yaşayış binasından ibarət olub. Ümumi qeydiyyat sayında torpaq sahələrinin payı ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksəlib.

Ardını oxu »

NAXÇIVANDA DÖVLƏT TORPAQ İDARƏÇİLİYİNİN YARADILMASININ 100 İLLİYİ QEYD OLUNUB

12.10.2020

Naxçıvanda dövlət torpaq idarəçiliyinin yaradılmasının  100 illiyi münasibətilə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində yubiley tədbiri keçirilib.

Tədbirdə Xidmətin rəisi Müslüm Cabbarzadə bildirib ki, 100 il əvvəl 10 oktyabr 1920-ci ildə ilk Torpaq şöbəsi yaradılıb. Sonrakı dövrlərdə Naxçıvanın torpaq idarəçiliyi sistemində müxtəlif dəyişikliklər baş verib.

Qeyd olunub ki, 1969-cu ildə ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının aqrar-sənaye komplekslərinin sürətli inkişafını təmin edən istiqamətləri müəyyənləşdirdi. Bunun nəticəsidir ki, həmin dövrdə ölkənin bütün regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatında da mühüm islahatların əsası qoyuldu.

Ardını oxu »

TORPAQLARIN KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNƏ DAİR MONİTORİNQLƏRİN NƏTİCƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR

08.10.2020

Muxtar respublikamızda əkin sahələrinin genişləndirilməsi, bol kənd təsərrüfatı məhsulu istehsalının təmin edilməsi məqsədilə ümumi torpaq fondundan təyinatına uyğun, səmərəli istifadə edilməsi və torpaqların münbitliyinin qorunması qarşıda duran ən ümdə vəzifədir.

Torpaqların şoranlaşma, şorakətləşmə, müxtəlif antropogen və texnogen çirklənmələrdən mühafizəsi, bu cür ərazilərin müəyyənləşdirilməsi, xəritələşdirilməsi və yenidən əkin dövriyyəsinə qatılması ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və aid dövlət qurumlarının mütəxəssislərindən ibarət komissiya tərəfindən torpaqların monitorinqi başa çatdırılmışdır.

Oktyabrın 7-də monitorinq komissiyasının görülmüş işlərin müzakirəsi ilə bağlı növbəti iclası keçirilmişdir. Məlumat verilmişdir ki, muxtar respublikanın bütün rayonlarında eroziyaya uğramış, şoranlaşmış, şorakətləşmiş, digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqlar mütəxəssislər tərəfindən naturada yoxlanılmış, planaalma işləri və ərazilərdən götürülmüş torpaq nümunələrinin laborator təhlilləri aparılmışdır. Komissiya üzvləri tərəfindən aparılmış araşdırmaların yekunu kimi  şoranlaşmış, bataqlaşmış torpaqların yararlı vəziyyətə gətirilməsi ilə bağlı təkliflər irəli sürülmüş və müzakirələr aparılmışdır.

Ardını oxu »