DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI YÜKSƏLİB
21.01.2021
Ötən il daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyatı üzrə vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi diqqətdə saxlanılıb.
2020-ci il ərzində Naxçıvan şəhəri üzrə 2274, Şərur rayonu üzrə 1316, Babək rayonu üzrə 1366, Culfa rayonu üzrə 390, Ordubad rayonu üzrə 367, Şahbuz rayonu üzrə 278, Kəngərli rayonu üzrə 190, Sədərək rayonu üzrə 42 daşınmaz əmlak obyekti, ümumilikdə muxtar respublika üzrə 6223 daşınmaz əmlak obyekti qeydiyyata alınıb. 2019-cu illə müqayisədə qeydiyyata alınan daşınmaz əmlak obyektlərinin sayında 1,8% artım müşahidə edilib.
Qeydiyyata alınan daşınmaz əmlak bölmələr üzrə 2991 torpaq sahəsi, 1019 mənzil, 2087 fərdi yaşayış evi, 47 qeyri-yaşayış binası, 61 qeyri-yaşayış sahəsi, 17 əmlak kompleksi kimi müəssisə, 1 çoxmənzilli yaşayış binasından ibarət olub. Ümumi qeydiyyat sayında torpaq sahələrinin payı 2019-cu illə müqayisədə 17% yüksəlib.
Ötən il ərzində 17 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, 114 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 42 ailə təsərrüfatının icarəsinə verilmiş 8,9 hektar torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.
Baxılıb: 294