PAYIZ-QIŞ MÖVSÜMÜNƏ HAZIRLIQLA BAĞLI MААRİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB
06.10.2020
Oktyabrın 2-də Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində Naxçıvan Muxtar Respublikası Fövqəlаdə Hаllаr Nаzirliyi ilə birgə payız-qış mövsümünə hazırlıqla bağlı təhlükəsizlik tədbirləri barədə maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ümumi şöbəsinin müdiri Tural Cəfərov açaraq keçirilən tədbirin işçilərin fövqəladə hallara hazırlığı ilə bağlı müəyyən olunmuş qaydalara əməl etməsi, yanğın təhlükəsizliyi ilə bağlı bilik və bacarıqlarının artırılmasında mühüm rol oynadığını vurğulayıb.
Fövqəlаdə Hаllаr Nazirliyi Aparatının Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi polkovnik Emin Qasımov “Müəssisə və təşkilatlarda fövqəladə hallara hazırlıq günün tələbidir” mövzusunda, Nаzirliyin baş məsləhətçisi Azadə Cəfərova “Dəm qazı ilə zəhərlənmə zamanı davranış və ilk yardım qaydaları”
BƏLƏDİYYƏLƏRƏ MƏXSUS TORPAQLARIN İCARƏYƏ VERİLMƏSİNƏ DAİR MONİTORİNQLƏR BAŞA ÇATIB
28.09.2020
Muxtar respublikamızda iqtisadiyyatın aparıcı sahəsi hesab olunan kənd təsərrüfatının daha sürətli inkişafına nail olmaq üçün torpaq fondundan, o cümlədən bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə olunması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Torpaq məsələləri şöbəsinin mütəxəssislərindən təşkil edilmiş birgə işçi qrup tərəfindən 12 avqust – 22 sentyabr tarixlərində muxtar respublikanın bütün bələdiyyələrində icarəyə verilmiş torpaqların monitorinqi aparılmışdır. Keçirilən monitorinqlər zamanı torpaqların istifadəsində yol verilmiş nöqsanlar müəyyənləşdirilərək aradan qaldırılıması üçün müvafiq bələdiyyələrə tövsiyələr verilmişdir.
MUZEY ZİYARƏT OLUNUB
28.09.2020
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin kollektivi sentyabrın 26-da Cəmşid Naxçıvanskinin ev muzeyində olub.
Kollektivə məlumat verilib ki, Cəmşid xan Naxçıvanski Azərbaycanın hərb tarixinin görkəmli simalarından biridir. Cəmşid Naxçıvanskinin adı hərb tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Onun keçdiyi ömür yolu bugünkü və gələcək nəsillərə örnəkdir.
Vurğulanıb ki, general Cəmşid xan Naxçıvanskinin anadan olmasının 85 illiyi ilə əlaqədar Naxçıvan şəhərində, vaxtilə yaşadığı evdə muzey yaradılıb. Muzeydə Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətini əksetdirən fotoşəkillər, orden və medallar, müxtəlif sənədlər, kitablar, məktub və əlyazmalar, şəxsi və ev əşyalarından ibarət eksponatlar qorunub saxlanılır. Onlar içərisində Cəmşid Naxçıvanskinin ilk hərbi təhsil illərinə aid fotoşəkillər, Birinci Dünya müharibəsinə aid sənədlər, 1918-1920-ci illərdə milli orduda hərbi xidmətinə, 1921-1931-ci illərdə Azərbaycan ilk milli atıcı diviziyasına komandirliyi dövrünə aid fotoşəkillər, eləcə də 1931-1933-cü illərdə Frunze adına Hərbi Akademiyada təhsil aldığı və 1933-cü ildən hərbi pedaqoji fəaliyyətə başladığı illərə dair qiymətli sənədlər var.
RƏQƏMSAL KADASTR XƏRİTƏSİNİN TƏRTİB OLUNMASI İSTİQAMƏTİNDƏ İŞLƏR YEKUNLAŞMAQ ÜZRƏDİR
25.09.2020
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 02 aprel 2016-cı il tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən yeni elektron sistemin yaradılması işləri yekun mərhələsindədir. Sistemin fəaliyyətini təmin edən proqram təminatının “Rəqəmsal kadastr xəritəsi və digər tematik xəritələrin dizayn və idarə edilməsi”, “Torpaqların dövlət kadastrına daxil edilməsi və kadastrın idarə edilməsi”, “Torpaq sahəsi üzərində yerləşən tikililərin kadastra daxil edilməsi”, “Daşınmaz əmlakın dövlət reyestri ilə mübadilə”, “Torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq çap olunması”, “Torpaq sahələri üzərində kadastr əməliyyatlarının aparılması” və “Torpaq sahəsinə avtomatik kadastr nömrəsinin verilməsi” modullarının işləkliyi təmin olunmuş, sınaq rejimində istismara verilmişdir.
