ÖTƏN AY 503 DAŞINMAZ ƏMLAK OBYEKTİ DÖVLƏT QEYDİYYATINA ALINIB
08.07.2020
Muxtar respublikada torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi 2020-ci ilin iyun ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmışdır.
Torpaqların elektron kadastr uçotunun aparılması məqsədilə Sədərək rayonunda planaalma işləri yekunlaşdırılmış, muxtar respublika üzrə torpaq sahələrinin sərhədlərinin çöl-geodeziya işləri nəticəsində dəqiqləşdirilməsi başa çatdırılmışdır. Ay ərzində 910 daşınmaz əmlak obyekti plana alınmışdır. Araz Su Anbarı üzərində qurulacaq yeni nasos stansiyasından qidalanması nəzərdə tutulan suvarma şəbəkəsinin əhatə etdiyi ərazilərdə topoqrafik planaalma işlərinin aparılması davam etdirilmişdir.
FƏRDİ EV TİKMƏYİ ARZU EDƏNLƏR BUNLARI DA BİLMƏLİDİRLƏR
07.07.2020
Məlum olduğu kimi, bu gün muxtar respublikamızda əhalinin sosial rifah halının yaxşılaşdırılmasını nəzərdə tutan bir çox tədbirlər həyata keçirilir. Belə tədbirlərin mühüm bir hissəsini də sakinlərin fərdi mənzillərə sahib olması təşkil edir. Son illərdə yeni yaşayış binalarının tikilməsi, mövcud olanların dövlət hesabına yenidən qurularaq sakinlərin istifadəsinə verilməsi, o cümlədən müxtəlif əhali quruplarının mənzillərlə təmin olunması bu sahədə görülən işlərin ümumi mənzərəsini ortaya qoyur. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını göstərən amillərdən biri də fərdi yaşayış evlərinin tikintisidir. Diqqət etsək, digər bölgələrimizlə yanaşı, paytaxt Naxçıvan şəhərində də fərdi evlərin sayı ildən-ilə artmaqdadır, eyni zamanda belə evlərə sahiblik marağı da böyükdür.
HANSI HALLARDA MƏNZİLİN LAYİHƏSİNİN DƏYİŞDİRİLMƏSİNƏ İCAZƏ VERİLMİR?
30.06.2020
Bu hallar Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 25-ci maddəsində (Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina) əksini tapıb. Həmin maddəyə əsasən, mənzilin yenidən planlaşdırılmasına aşağıdakı hallarda icazə verilmir:
- icazə üçün tələb olunan sənədlər təqdim edilmədikdə;
- mənzilin yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya, texniki norma və qaydalara uyğun olmadıqda;
- mənzilin yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin buna yazılı razılıq verdiyi hallar istisna olmaqla);
VƏTƏNDAŞLARIN DAŞINMAZ ƏMLAK VƏ TORPAQLA BAĞLI MÜRACİƏTLƏRİ OPERATİV HƏLL EDİLİR
30.06.2020
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi tərəfindən 2020-ci ilinmayayı ərzində daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə nəzarət diqqətdə saxlanılmış, müraciət əsasında10 fərdi yaşayış evinin, 1 mənzilin texniki pasportu, 13 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilmişdir.Texniki sənədlərin hazırlanması üçün əmlaklara yerində baxış keçirilmiş,14 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunmuşdur.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 23 müraciət qəbul edilmiş, məhdudiyyət və yüklülüyə dair23 arayış verilmişdir. 39 sosial arayış hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.
