DAŞINMAZ ƏMLAKLA BAĞLI XİDMƏTLƏR MÜTƏŞƏKKİL TƏŞKİL OLUNUB
15.01.2021
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsi tərəfindən 2020-ci il ərzində 67 fərdi yaşayış evinin və 10 mənzin texniki pasportu hazırlanıb, 181 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan texniki sənədlərin sayı 4 faiz çoxdur.
Ötən dövr ərzində daşınmaz əmlaka dair 133 arayış, məhdudiyyət və yüklülüyə dair 169 arayış hazırlanaraq vətəndaşlara təqdim olunub.
59 vətəndaşın müraciəti ilə əlaqədar əmlaklara yerində baxış keçirilib, torpaq sahələrinin sərhədləri dəqiqləşdirilib, müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.
İl ərzində rayonun 11 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş 34 müraciət qanunvericiliyin tələblərinə uyğun icra edilərək hazırlanmış mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim olunub.
Baxılıb: 349