Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

TORPAQLARIN KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNİN MONİTORİNQİ DAVAM ETDİRİLİR

24.09.2020

Muxtar respublikamızda kənd təsərrüfatının dinamik inkişafını təmin etmək üçün Ali Məclis Sədrinin fərman və sərəncamları ilə müvafiq dövlət proqramları qəbul edilmiş, aid orqanlar qarşısında konkret vəzifələr müəyyənləşdirilmişdir. Müasir dövrdə muxtar respublikamızda torpaq  fondundan səmərəli və məqsədyönlü istifadə və kənd təsərrüfatının intensiv yolla inkişafı xüsusi əhəmiyyət kəsb edir. Çünki muxtar respublikada yeni torpaq sahələrinin kənd təsərrüfatı istehsalına cəlb edilməsi imkanları məhduddur. Bu amili nəzərə alsaq torpaqlardan  səmərəli istifadə olunması və torpaqların tənəzzülə uğramasının qarşısının alınması bu sahəyə cavabdeh orqanların qarşısında duran prioritet istiqamətlərdən birinə çevrilir.

Ardını oxu »

QANUNSUZ İSTİFADƏ EDİLƏN TORPAQ SAHƏLƏRİ BƏLƏDİYYƏ MÜLKİYYƏTİNƏ QAYTARILIR

21.09.2020

Kənd təsərrüfatı məhsulları istehsalını artırmaq üçün hər şeydən əvvəl bütün mülkiyyət növləri üzrə torpaq fondundan səmərəli və məqsədyönlü istifadə edilməsi qarşıda duran ən ümdə vəzifədir. Ona görə də kənd təsərrüfatının əsas istehsal vasitəsi olan torpağın istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi günün ən vacib məsələlərindən biridir. Məqsəd  bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən torpaq sahələrindən səmərəli istifadə edilməsində, onların mühafizəsinin və keyfiyyətinin yaxşılaşdırılmasında, torpaqların monitorinqinin və texniki uçotunun aparılmasında, habelə yerquruluşu, axtarış və kəşfiyyat işlərinin həyata keçirilməsində torpaq qanunvericiliyinin tələblərinə riayət edilməsini təmin etməkdən ibarətdir.

Ardını oxu »

TORPAQLARDAN SƏMƏRƏLİ İSTİFADƏ VƏ ONLARIN MÜHAFİZƏSİ VACİB MƏSƏLƏDİR

18.09.2020

Muxtar respublikada torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi avqust ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə ­saxlanılmışdır.
Torpaqların elektron kadastr uçotunun aparılması üçün Şahbuz rayonunun 5 bələdiyyəsi üzrə reyestr məlumatları yeni xəritələrin üzərinə köçürülmüş, torpaq reyestrində saxlanılan məlumatlarla uyğunluğu yoxlanılmışdır. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur və Kəngərli rayonlarında monitorinqlərə başlanılmış, ay ərzində Şərur rayonunun Oğuzkənd, Dərəkənd, Aşağı Daşarx və Yuxarı Daşarx, Kəngərli rayonunun Böyükdüz kəndlərində aşkar olunmuş torpaqlardan qanunsuz istifadə faktlarının aradan qaldırılması istiqamətində iş aparılmışdır.

Ardını oxu »

TORPAQLARDAN QANUNSUZ İSTİFADƏNİN QARŞISI ALINIR

27.08.2020

Muxtar respublikada torpaqlardan təyinatına uyğun, səmərəli iştifadənin təmin edilməsi və əkinə yararlı torpaq sahələrindən digər məqsədlər üçün istifadənin qarşısının alınması ilə bağlı vəzifələrin icrası davam etdirilir. Torpaqlardan istifadəyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə mütəmadi olaraq yerlərdə monitorinqlər aparılır. Bu zaman bütün mülkiyyət növləri üzrə torpaqlardan istifadə vəziyyəti yoxlanılır. Yoxlamalar vaxtı aşkar edilən qanunsuz istifadə hallarının aradan qaldırılması üçün qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirilir.

Şərur rayonunun Danyeri kəndində aparılan yoxlamalar zamanı 70 qanunsuz zəbt olunan torpaq sahəsi aşkar edilib. Qanunsuz istifadə faktlarının aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülüb.

Ardını oxu »