TORPAQLARDAN QANUNSUZ İSTİFADƏ HALLARININ QARŞISI ALINIR
18.05.2020
Muxtar respublikamızda torpaqlardan təyinatına uyğun, səmərəli istifadənin təmin edilməsi, əkinəyararlı torpaq sahələrindən digər məqsədlər üçün istifadənin qarşısının alınması ilə bağlı vəzifələrin icrası, torpaqlardan istifadəyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin torpaq müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir. Hazırda Babək rayonunun Cəhri kəndində bütün mülkiyyət növləri üzrə torpaqlardan istifadə vəziyyəti yoxlanılır, aşkar edilmiş qanunsuz istifadə hallarının aradan qaldırılması üçün müvafiq qanunvericiliyin tələbinə uyğun tədbirlər həyata keçirilir.
2020-ci ilin ötən dövrü ərzində aparılan monitorinqlər zamanı Babək rayonunun Babək qəsəbəsində, Qahab, Naxışnərgiz, Çeşməbasar, Güznüt, Gülşənabad, Payız, Cəhri və Qaraqala kəndlərində 280-dən artıq torpaqdan qanunsuz istifadə faktı aşkar edilərək aradan qaldırılmışdır. 25 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılmışdır.
SƏDƏRƏK RAYONUNDA TORPAQLARIN ELEKTRON KADASTR UÇOTU APARILIR
13.05.2020
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2 aprel 2016-cı il tarixli Fərmanı əsasında muxtar respublikada torpaqların elektron kadastr uçotunun aparılması davam etdirilir. Qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən Sədərək rayonunda planaalma işləri aparılır.
Artıq rayonun Heydərabad qəsəbəsində və Qaraağac kəndində torpaq sahələrinin konturlarının çöl geodeziya-ölçmə işləri aparılmaqla dəqiqləşdirilməsi başa çatdırılıb. Plana alınmış 2 minə yaxın daşınmaz əmlak obyektinin elektron kadastr məlumatları Xidmətin informasiya bazasına daxil edilib, yaşayış məntəqələrinin yeni elektron yerquruluşu xəritələri hazırlanıb.
VƏTƏNDAŞLARA SƏYYAR XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ DAVAM ETDİRİLİR
13.05.2020
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti vətəndaşlara səyyar xidmətlərin göstərilməsini davam etdirir.
Növbəti dəfə səyyar xidmət qrupu Şərur rayonunun Ərəbyengicə kəndində olub. Xidmət göstərilən kənddə və ətraf yaşayış məntəqələrində yaşayan sakinlərin müraciətlərinə baxılıb. Daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı üçün 14, məhdudiyyət və yüklülüyə dair arayışın verilməsi üçün 4, ümumilikdə 18 vətəndaşın ərizəsi qəbul olunaraq məlumat bazası ilə dəqiqləşdirilib. Müraciətlərlə əlaqədar qəbul edilmiş sənədlər elektron sistemə daxil edilib.
Qeyd edək ki, səyyar xidmət zamanı vətəndaşlara daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqlarla bağlı verilmiş mülkiyyət sənədlərinin - torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, dövlət aktlarının, qeydiyyat vəsiqələrinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr və vərəsəlik hüququ haqqında şəhadətnamələr
ÖTƏN AY 395 DAŞINMAZ ƏMLAK OBYEKTİ QEYDİYYATA ALINIB
08.05.2020
Muxtar respublikada əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması istiqamətində qarşıda duran vəzifələrin icrası 2020-ci ilin aprel ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmışdır.
Torpaqların elektron uçotunun aparılması məqsədi ilə Sədərək rayonunun Sədərək kəndində planaalma işləri davam etdirilmiş, ay ərzində 1071 daşınmaz əmlak obyekti plana alınmışdır. 13 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır. Şərur rayonunun Kosacan, Xanlıqlar, Ələkli, Çəmənli, Dərvişlər və Siyaqut bələdiyyələrinin torpaqların qida maddələri ilə təmin olunma kartoqramları yenilənərək aidiyyəti üzrə təqdim edilmişdir.
