Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ÖTƏN AY ŞƏRUR RAYONUNDA 82 MÜLKİYYƏT SƏNƏDİ HAZIRLANIB

ÖTƏN AY ŞƏRUR RAYONUNDA 82 MÜLKİYYƏT SƏNƏDİ HAZIRLANIB

03.02.2021

Muxtar respublikada torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi 2021-ci ilin yanvar ayı ərzində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən diqqətdə saxlanılıb.

Ötən ay idarə tərəfindən 15 fərdi yaşayış evinin, 2 mənzilin, 2 qeyri-yaşayış binasının texniki pasportu və 24 həyətyanı, 39 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan-ölçüsü hazırlanıb. Texniki sənədlərin hazırlanması məqsədi ilə 25 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.

16 vətəndaşın şifahi müraciətinə baxılıb. 30 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 74 arayış hazırlanıb.

Rayonun Vərməziyar və Şəhriyar kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş 30 müraciət müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilib.

Baxılıb: 332