ÖTƏN İL BABƏK RAYONUNDA 1322 DAŞINMAZ ƏMLAK OBYEKTİ İNVENTARLAŞDIRILIB
15.01.2021
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən 2020-ci il ərzində daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə dövlət nəzarətinin həyata keçirilməsi diqqətdə saxlanılıb. İl ərzində 242 daşınmaz əmlak obyektinə məxsus texniki pasport hazırlanıb, 1080 torpaq sahəsinin planı və ölçüsü tərtib edilib. 2019-cu illə müqayisədə hazırlanan texniki sənədlərin sayı 26% artıb. 104 bölgü planı hazırlanaraq arxiv sənədlərinə əlavə olunub, 429 müayinə aktı yazılıb.
Hüquqların dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın verilməsi üçün 1287 müraciət daxil olub və icra edilib ki, bu da əvvəlki illə müqayisədə 19,6% çoxdur.
İl ərzində məhdudiyyət və yüklülüyə dair 510, əmlakın olub-olmamasına dair 232 arayış verilib.
Torpaqlardan səmərəli istifadənin təmin edilməsi diqqətdə saxlanılıb, qanunsuz istifadə faktları aradan qaldırılıb.
Rayonun 21 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq qısa zaman ərzində hüquq sahiblərinə təqdim edilib.
Baxılıb: 399