ÖTƏN İL 279 ƏMLAK DÖVLƏT QEYDİYYATINA ALINIB
18.01.2021
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi tərəfindən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklülüyü) və xitam verilməsinin dövlət qeydiyyatı, texniki pasport və plan ölçülərin hazırlanması il ərzində davam etdirilib, əmlak və torpaq münasibətlərinin tənzimlənməsi prioritet məsələ kimi diqqətdə saxlanılıb.
Ötən il vətəndaşların müraciətləri əsasında 130 texniki pasport hazırlanıb, 167 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək təqdim edilib. 2019-cu illə müqayisədə hazırlanan texniki sənədlərin sayı 8% artıb. Texniki sənədlərin hazırlanması üçün əmlaklara yerində baxış keçirilib, ümumilikdə 157 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə edilib.
Bu dövrdə hüquqların dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən 279 çıxarış hazırlanıb. Məhdudiyyət və yüklülüyə dair 240, əmlakın olub olmaması ilə bağlı 249 arayış qanunvericiliyə uyğun hazırlanaraq vətəndaşlara təqdim edilib.
Vətəndaşlardan daxil olmuş 196 şifahi müraciətlə əlaqədar əmlaklara yerində baxış keçirilib, qanunamüvafiq icra edilib və qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.
İl ərzində rayonun 21 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş 82 müraciət operativ icra edilərək hazırlanmış mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim olunub.
Baxılıb: 352