Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN İSTİFADƏYƏ NƏZARƏT DİQQƏTDƏ SAXLANILIB

27.07.2020

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsi tərəfindən cari ilin altı ayı ərzində 37 fərdi yaşayış evinə, 4 mənzilə məxsus texniki pasport hazırlanmışdır.

Plan-ölçünün hazırlanması üçün 80, hüquqların dövlət qeydiyyatına alınması üçün 112 müraciətə baxılmışdır. Məhdudiyyət və yüklülüyə dair 72, əmlakın olub-olmamasına dair 109 arayış verilmişdir. 28 vətəndaşın şifahi müraciəti əsasında əmlaklara yerində baxış keçirilmiş, müraciətlər qanunauyğun cavablandırılmışdır.

Rayonun 5 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilmiş, qəbul edilmiş müraciətlər qısa zaman ərzində icra edilmişdir. Mülkiyyət sənədləri hazırlanaraq qısa zaman ərzində yerlərdə vətəndaşlara çatdırılmışdır.

Ardını oxu »

MÜLKİYYƏT HÜQUQLARININ QEYDİYYATI İLƏ BAĞLI MÜRACİƏTLƏRİN SAYI ARTIB

27.07.2020

2020-ci ilin ilk altı ayı ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi tərəfindən daşınmaz əmlak obyektlərinə məxsus texniki sənədlərin hazırlanması və vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinin operativ icrası diqqət mərkəzində saxlanılmışdır. I yarımil ərzində 63 daşınmaz əmlak obyektinin texniki pasportu, 70 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilmişdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 52,9% artmışdır.

Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 127 müraciət qəbul edilmiş, məhdudiyyət və yüklülüyə dair 111 arayış, 177 sosial arayış, 13 dublikat sənəd verilmişdir.

Ardını oxu »

DAŞINMAZ ƏMLAKLA BAĞLI ƏMƏLİYYATLARIN SAYI ARTIB

25.07.2020

2020-ci ilin I yarımili ərzində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinə mülkiyyət sənədlərinin hazırlanması üçün 363 müraciət daxil olmuşdur. Müraciətlər əsasında 210 daşınmaz əmlak obyektinin texniki pasportu, 153 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb vətəndaşlara təqdim edilmişdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 7,4% artmışdır.

39 əmlakın qiymətləndirilməsi icra edilmiş, müvafiq hesabatlar hazırlanmışdır.

8 vətəndaşın şifahi müraciəti əsasında əmlaklara yerində baxış keçirilmiş, qanunvericiliyin tələbləri vətəndaşlara izah olunmuşdur.

Ardını oxu »

CARİ İLİN 6 AYI ƏRZİNDƏ 150 VƏTƏNDAŞA SƏYYAR XİDMƏT GÖSTƏRİLİB

25.07.2020

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə cari ilin altı ayı ərzində mülkiyyət sənədlərinin hazırlanması üçün 557 müraciət daxil olmuş və icra edilmişdir ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 6,7% çoxdur. Müraciətlər əsasında I yarımil ərzində 63 fərdi yaşayış evinin, 20 mənzilin, 6 qeyri-yaşayış binasının, ümumilikdə 89 daşınmaz əmlak obyektinin texniki pasportu, 189 həyətyanı, 279 kənd təsərrüfatı təyinatlı olmaqla       468 torpaq sahəsinin plan-ölçüsü hazırlanmışdır. 197 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 481 arayış hazırlanaraq vətəndaşlara təqdim olunmuşdur.

Torpaqlardan istifadəyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə Danyeri, Aşağı Daşarx, Oğuzkənd, Yeni Havuş və Xətai kəndlərində monitorinqlər aparılmış, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün vətəndaşlara xəbərdarlıq edilmişdir.

Ardını oxu »