Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - MÜLKİYYƏT HÜQUQLARININ QEYDİYYATI UĞURLA DAVAM EDİB

MÜLKİYYƏT HÜQUQLARININ QEYDİYYATI UĞURLA DAVAM EDİB

18.01.2021

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən ötən il ərzində texniki sənədlərin hazırlanması ilə bağlı daxil olmuş 1211 müraciət operativ baxılaraq icra edilib.

Müraciətlər əsasında 456 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 347 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunub. 2019-cu illə müqayisədə hazırlanan texniki sənədlərin sayı 1,3% artıb. Texniki sənədlərin hazırlanması zamanı 160 bölgü planı, 233 müayinə aktı tərtib edilib və arxiv sənədlərinə əlavə olunub. Hüquq sahiblərinin müraciəti əsasında əmlaklara yerində baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub.

Naxçıvan şəhəri ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi mütəmadi olaraq nəzarətdə saxlanılıb, torpaqdan qanunsuz istifadəyə dair aşkarlanmış faktlar aradan qaldırılıb.

Baxılıb: 330