Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - RAYONDA MÜLKİYYƏT HÜQUQLARININ DÖVLƏT QEYDİYYATI DAVAM ETDİRİLİR

RAYONDA MÜLKİYYƏT HÜQUQLARININ DÖVLƏT QEYDİYYATI DAVAM ETDİRİLİR

12.03.2021

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması zamanı vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, eləcə də vətəndaşların rahatlığının təmin edilməsi fevral ayı ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən diqqət mərkəzində saxlanılıb, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarət artırılıb.

Ötən ay  16 fərdi yaşayış evinə, 4 mənzilə, 2 qeyri yaşayış binasına, 2 qeyri yaşayış sahəsinə məxsus, ümumilikdə 24 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 72 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilib. Əmlakın olub olmaması ilə bağlı 35, məhdudiyyət və yüklülüyə dair 91 arayış hazırlanaraq vətəndaşlara təqdim edilib,41 müayinə aktı yazılıb.

Rayonun Yengicə, Şəhriyar, Dəmirçi və Arbatan kəndlərinin ərazisində torpaqlardan istifadəyə nəzarət sahəsində aparılan monitorinqlər başa çatdırılıb,  müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində işlər aparılıb.

Bəhs olunan dövrdə daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı müraciətlər də diqqətdə saxlanılıb, 17 əmlakın mövcud bazar münasibətlərinə uyğun qiymətləndirilməsi icra edilib, qiymətləndirməyə dair hesabat və rəylər tərtib olunaraq maraqlı tərəflərə təqdim edilib.

Rayonun Püsyan və Siyaqut  kənd yaşayış məntəqələrində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş 17 müraciət əsasında mülkiyyət sənədləri hazırlanaraq vətəndaşlara təqdim olunub.

Baxılıb: 372