Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ŞƏRUR RAYONUNDA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

ŞƏRUR RAYONUNDA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

04.03.2021

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Şərur Rayonunun Qarahəsənli kəndində torpaq mülkiyyətçiləri, bələdiyyələr və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilib.

Daşınmaz Əmlak və Torpaq Məsələləri Üzrə Dövlət Xidmətinin sektor müdiri Oqtay Məmmədov bildirib ki, mövcud torpaq ehtiyatlarından səmərəli istifadə edilməsi, əkin dövriyyəsindən kənarda qalmış torpaqların münbitləşdirilməsi və yenidən əkin dövriyyəsinə qatılması qarşıda duran başlıca vəzifədir.

Kənd Təsərrüfatı Nazirliyinin baş məsləhətçisi Fəxrəddin Əliyev suvarmanın düzgün təşkili, şırım üsulu ilə əkin aparılması, aqrotexniki tədbirlər, üzvi və mineral gübrələrin normaları barədə məlumat verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparıcı məsləhətçisi Rəsul Məmmədov torpaqların və suvarma suyunun kimyəvi çirklənməsinə, səbəb olan amillər barədə danışıb.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Şöbə müdiri Səttar Nəsirov su ehtiyatlarından səmərəli istifadə etməklə torpaq münbitliyinin artırılması və becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsindən bəhs edib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Baxılıb: 338