MÜLKİYYƏT HÜQUQLARININ DÖVLƏT QEYDİYYATI ARTIB
10.03.2021
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması cari ilin fevral ayı ərzində diqqətdə saxlanılıb.
İdarə tərəfindən müraciətlər əsasında 31 fərdi yaşayış evinin, 9 mənzilin, ümumilikdə 40 daşınmaz əmlak obyektinin texniki pasportu, 41 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması zamanı 10 bölgü planı, 23 müayinə aktı tərtib edilib və arxiv sənədlərinə əlavə olunub.
Ötən ay ərzində Naxçıvan şəhəri ərazisində olan dövlət və bələdiyyə torpaqlarından, həmçinin xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi mütəmadi olaraq nəzarətdə saxlanılaraq torpaqdan qanunsuz istifadəyə dair aşkarlanmış faktlar aradan qaldırılıb.
Baxılıb: 316