Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

MÜLKİYYƏT HÜQUQLARI DÖVLƏT QEYDİYYATINA ALINIR

07.11.2020

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması cari ilin oktyabr ayı ərzində diqqətdə saxlanılmış, daxil olmuş 79 müraciət qanunvericiliyin tələblərinə uyğun icra olunmuşdur.

Müraciətlər əsasında 26 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanmış, 16 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunmuşdur. Texniki sənədlərin hazırlanması zamanı 15 bölgü planı, 18 müayinə aktı tərtib edilmiş və arxiv sənədlərinə əlavə olunmuşdur.  

Bələdiyyələrdən daxil olan 10 müraciət əsasında müvafiq torpaq sahələrinə dair rəy və plan-sxemlər hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur.

Ardını oxu »

DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİ İNVENTARLAŞDIRILIB

07.11.2020

Torpaq və digər daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və müdafiəsi sahəsində işlərin daha səmərəli təşkil edilməsi, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad rayon idarəsi tərəfindən 2020-ci ilin oktyabr ayı ərzində diqqət mərkəzində saxlanılıb, daxil olan müraciətlər operativ həll edilib.

Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 24 müraciət qəbul edilib və icra olunub. Məhdudiyyət və yüklülüyə dair 21 arayış verilib.         

Vətəndaşlardan daxil olmuş 22 şifahi müraciətlə əlaqədar əmlaklara yerində baxış keçirilib, qanunamüvafiq icra edilib və qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.

Ardını oxu »

VƏTƏNDAŞLARA KEYFİYYƏTLİ XİDMƏT GÖSTƏRİLİR

06.11.2020

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması zamanı vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, eləcə də vətəndaşların rahatlığının təmin edilməsi oktyabr ayı ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən diqqət mərkəzində saxlanılıb, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarət artırılıb.

Ötən ay  7 fərdi yaşayış evinə, 5 mənzilə, 1 qeyri yaşayış binasına məxsus, ümumilikdə 13 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 44 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilib. Əmlakın olub olmaması ilə bağlı 14, məhdudiyyət və yüklülüyə dair 53 arayış hazırlanaraq vətəndaşlara təqdim edilib,14 müayinə aktı yazılıb.

Ardını oxu »

DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI İLƏ BAĞLI İŞLƏR DAVAM ETDİRİLİB

06.11.2020

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən 2020-ci ilin oktyabr ayı ərzində qəbul edilmiş müraciətlərə vaxtında baxılıb, vətəndaşlara səyyar xidmət göstərilib, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarət artırılıb.

Görülən işlər çərçivəsində ötən ay 17 fərdi yaşayış evinə, 2 qeyri yaşayış binasına məxsus  texniki pasport hazırlanıb, 73 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim olunub. Texniki sənədlərin hazırlanması zamanı 10 bölgü planı hazırlanaraq arxiv sənədlərinə əlavə edilib, 30 müayinə aktı yazılıb.

Ötən dövrdə hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 98 müraciət daxil olub, qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qeydiyyata alınıb. Məhdudiyyət və yüklülüyə dair 51, əmlakın olub olmamasına dair 18 arayış verilib.

Ardını oxu »