Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI İLƏ BAĞLI MÜRACİƏTLƏR OPERATİV İCRA OLUNUR

DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI İLƏ BAĞLI MÜRACİƏTLƏR OPERATİV İCRA OLUNUR

11.03.2021

Naxçıvan  Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, vətəndaş müraciətlərinin operativ şəkildə cavablandırılması qarşıda duran həlli vacib məsələlərdən biri kimi diqqət mərkəzində saxlanılıb. Bu baxımdan daşınmaz əmlak, torpaq və digər fəaliyyət istiqamətləri üzrə görülən işlər fevral ayında da mütəşəkkilliklə davam etdirilmiş, 17 texniki pasport hazırlanmış, 88 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim olunmuşdur.

Ötən dövrdə hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 113 müraciət daxil olmuş, qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılmış və qeydiyyata alınmışdır. Məhdudiyyət və yüklülüyə dair 64 arayış verilmişdir.

Vətəndaşlardan  daxil olmuş 13 şifahi müraciətlə əlaqədar əmlaklara yerində baxış keçirilmiş, müvafiq qanunvericiliyin tələbi vətəndaşlara izah edilmişdir.

Baxılıb: 314