Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NAXÇIVAN DÖVLƏT XALÇA MUZEYİ ZİYARƏT OLUNUB

NAXÇIVAN DÖVLƏT XALÇA MUZEYİ ZİYARƏT OLUNUB

01.03.2021

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Xidmətin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitunun kollektivləri 27 fevral 2021-ci il tarixdə Naxçıvan Dövlət Xalça Muzeyini ziyarət ediblər.

Məlumat verilib ki, 1998-ci ildən fəaliyyət göstərən muzey 2010-cu ildən yeni binaya köçürülüb. 2013-cü ildə bu mədəniyyət müəssisəsində yenidənqurma işləri aparılıb, ekspozisiya yenidən təşkil olunub. Qeyd edilib ki, 1999-cu ilin oktyabr ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 75 illiyi ilə əlaqədar Naxçıvana səfəri zamanı bu muzeydə olması əlamətdar hadisələrdən ən yaddaqalanıdır.

Vurğulanıb ki, Naxçıvan xalçaları qədim zamanlardan Azərbaycan xalçaçılıq sənətinin ən gözəl nümunələri hesab edilir. Muzeyin fonduna 4000-ə yaxın eksponat toplanıb ki, onlardan 400-dən çoxu ekspozisiyada sərgilənir.

Bunlar Naxçıvan qrupuna aid çoxlu sayda xovlu və xovsuz xalça nümunələri, xalçaçılıq məmulatları, məişət əşyaları – palaz, cecim, kilim, şəddə, zili kimi xovsuz xalçalar, süjetli, portret və miniatür xalçalar, o cümlədən müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, xurcun, duz torbası və digər eksponatlardır.

Baxılıb: 410