Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ORDUBAD RAYONUNDA AİLƏ TƏSƏRRÜFATLARI İLƏ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

ORDUBAD RAYONUNDA AİLƏ TƏSƏRRÜFATLARI İLƏ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

15.03.2021

Ordubad rayonunun Dəstə kənd mərkəzində rayon ərazisində fəaliyyət göstərən ailə təsərrüfatları və torpaq mülkiyyətçiləri ilə seminar-müşavirə keçirilib.

Tədbiri giriş sözü ilə Ordubad Rayon İcra  Hakimiyyəti aparatının böyük məsləhətçisi Nurlan Səfərli açaraq Rayonda aqrar sahədə həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifələrdən, muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafına göstərilən dövlət qayğısından danışıb.

Ailə təsərrüfatlarının inkişafı ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasında aid təşkilatların nümayəndələri tərəfindən nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə müvafiq mütəxəssis məsləhətləri - ailə təsərrüfatlarında istehsal olunan məhsulların təbliği və təşviqi, qablaşdırılması və etiketlənməsi, yaz əkinlərinin əkin atlaslarına uyğun aparılması və növbəli əkin sisteminin tətbiqi barədə məlumatlar ailə təsərrüfatları nümayəndələrinin diqqətinə çatdırılıb.

Ailə təsərrüfatlarına məxsus daşınmaz əmlak obyektlərinin pasportlaşdırılması, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması, başqasına keçməsi, məhdudlaşdırılması və xitam verilməsinin əsasları barədə tədbir iştirakçılarına məlumat verilib. Əkin atlaslarına uyğun əkinlərin aparılmasının əhəmiyyəti, torpaqlardan səmərəli istifadə sahəsində qanunvericiliyin tələbləri təsərrüfat sahiblərinin diqqətinə çatdırılıb. 

Sonda mövzu ətrafında müzakirələr aparılıb, ailə təsərrüfatlarını maraqlandıran suallara aydınlıq gətirilib və bukletlər təqdim olunub. 

Baxılıb: 326