ÖTƏN AY ŞƏRUR RAYONUNDA 82 MÜLKİYYƏT SƏNƏDİ HAZIRLANIB
03.02.2021
Muxtar respublikada torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi 2021-ci ilin yanvar ayı ərzində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən diqqətdə saxlanılıb.
Ötən ay idarə tərəfindən 15 fərdi yaşayış evinin, 2 mənzilin, 2 qeyri-yaşayış binasının texniki pasportu və 24 həyətyanı, 39 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan-ölçüsü hazırlanıb. Texniki sənədlərin hazırlanması məqsədi ilə 25 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.
16 vətəndaşın şifahi müraciətinə baxılıb. 30 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 74 arayış hazırlanıb.
DÖVLƏT PROQRAMLARI UĞURLA İCRA OLUNUR
29.01.2021
Muxtar respublikada sosial-iqtisadi inkişafın təmin edilməsində qəbul edilmiş dövlət proqramları mühüm əhəmiyyət kəsb edir. Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi nəticəsində muxtar respublikada iqtisadiyyatın tarazlı və davamlı inkişafına nail olunmuşdur. Həyata keçirilən tədbirlər digər sahələr kimi kənd təsərrüfatında da mühüm nəticələrin əldə olunmasına imkan vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 8 fevral 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən bələdiyyələr üzrə torpaqların qida maddələri ilə təmin olunma kartoqramlarının hazırlanması və yenilənməsi diqqətdə saxlanılmışdır.
YENİ ÜNVAN LÖVHƏLƏRİNİN QURAŞDIRILMASI DAVAM ETDİRİLİR
26.01.2021
Muxtar respublikanın yaşayış məntəqələrində nəqliyyat infrastrukturu və daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, eləcə də ünvan reyestrində müvafiq düzəliş və dəqiqləşmə işlərinin aparılması diqqət mərkəzində saxlanılır.
Naxçıvan şəhərinin prospekt və küçələrində yeni, müasir dizaynlı ünvan lövhələri və giriş nömrə nişanları quraşdırılır. 1 prospekt, 55 küçə, 3 məhəllə və 1 kənd olmaqla, 60 nəqliyyat infrastrukturu obyektində ünvan lövhələri və giriş nömrə nişanlarının quraşdırılması yekunlaşıb. 20 nəqliyyat infrastrukturu obyektində isə lövhələrin quraşdırılması davam etdirilir.
GEODEZİYA-İSTİNAD MƏNTƏQƏLƏRİ DÖVLƏT TƏRƏFİNDƏN MÜHAFİZƏ OLUNUR
26.01.2021
Yerquruluşu layihələrinin tərtibində, yaşayış məntəqələrinin salınmasında, müxtəlif hidrotexniki, sənaye və digər obyektlərin inşasında, nəqliyyatda, təbii ehtiyatların mənimsənilməsində, ölkənin sərhədlərinin qorunması və sair işlərdə plan və xəritələrdən geniş istifadə olunur. Geodeziya-stinad məntəqələri geodeziya və xəritəçəkmə işləri üçün başlanğıc rolu oynayır. İstinad məntəqələri üfüqi vəziyyətdə vahid koordinat sistemində təyin olunur və yer səthinin müxtəlif hissələrində aparılan geodeziya-ölçmə işlərinin əlaqələndirilməsini, müxtəlif sahələrdə işlərin eyni dəqiqliklə aparılmasını təmin edir.
