XİDMƏTİN ƏMƏKDAŞLARI SAĞLAMLIQ İMKANLARI MƏHDUD ŞƏXSLƏRİN VƏ İSTEDADLI QADINLARIN RƏSM VƏ ƏL İŞLƏRİNİN SƏRGİSİ İLƏ TANIŞ OLUBLAR
10.03.2021
9 mart 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitunun kollektivləri Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərinin sərgisi ilə tanış olublar.
Sərgidə bildirilib ki, muxtar respublikada yaradılan şərait qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açır. Nəticədə, xüsusi isdedadları ilə seçilən, rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaşatmağı özünə fəaliyyət sahəsi seçən və asudə vaxtını bu işlərə sərf edən qadınların sayı artır, yeni yaradıcılıq nümunələri yaradılır. Bu baxımdan məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət növbəti sərgi-satışın təşkil olunması bu kateqoriyadan olan şəxslərə dövlət qayğısının daha bir ifadəsidir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışının keçirilməsi artıq ənənə halını alıb.
Baxılıb: 316