Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - FÖVQƏLADƏ HALLARA HAZIRLIQLA BAĞLI MААRİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

FÖVQƏLADƏ HALLARA HAZIRLIQLA BAĞLI MААRİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

18.03.2021

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində Fövqəladə Hallar Nazirliyi ilə birgə “Mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması günümüzün zəruri tələbidir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ümumi şöbəsinin müdiri Tural Cəfərov açaraq fövqəladə vəziyyətlərdə davranış qaydalarının mənimsənilməsinin vacibliyini vurğulayıb və bu tədbirin əhəmiyyətindən danışıb.

Fövqəladə Hallar Nazirliyinin Aparatının Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi Əbülfəz Qafarov və Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin baş zabiti, daxili xidmət kapitanı Turan Şahhüseynov təbii və texnogen qəzalar zamanı davranış və fəaliyyəti, məişətdə qaz təsərrüfatı və elektrik təsərrüfatından istifadə,  müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında iştirakçılara məlumat veriblər.

Sonda mövzulara uyğun slaydlar təqdim olunub, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Baxılıb: 316