Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - BABƏK RAYONUNDA DAŞINMAZ ƏMLAKLA BAĞLI 275 TEXNİKİ SƏNƏD HAZIRLANIB

BABƏK RAYONUNDA DAŞINMAZ ƏMLAKLA BAĞLI 275 TEXNİKİ SƏNƏD HAZIRLANIB

08.04.2021

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən 2021-ci ilin I rübü ərzində 55 daşınmaz əmlak obyektinə məxsus texniki pasport hazırlanmış, 220 torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, 29 bölgü planı hazırlanaraq arxiv sənədlərinə əlavə olunmuş, 106 müayinə aktı yazılmışdır.

Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün 295 müraciət daxil olmuş, qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılmış və qeydiyyata alınmışdır. Məhdudiyyət və yüklülüyə dair 178 arayış yazılmışdır.

Rüb ərzində rayonun 6 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilmiş, qəbul edilmiş 26 müraciət müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilmiş, hazırlanmış mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim olunmuşdur.

Baxılıb: 369