Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

TƏLƏBƏLƏRİN İSTEHSALAT TƏCRÜBƏSİ BAŞA ÇATIB

23.12.2020

Naxçıvan Dövlət Universitetinin Memarlıq, Geodeziya və xəritəçəkmə mühəndisliyi ixtisaslarında təhsil alan tələbələr üçün Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin bazasında noyabrın 16-dan təşkil olunan istehsalat təcrübəsi başa çatıb.

Təcrübənin yekununa dair tədbirdə çıxış edən Xidmətin rəisi Müslüm Cabbarzadə əmək bazarının tələblərinə uyğun kadr hazırlığının həyata keçirilməsində, tələbələrin bacarıqlı mütəxəssis kimi formalaşmasında istehsalat təcrübələrinin əhəmiyyətindən, muxtar respublikamızda bu cür təcrübələrin təşkili üçün yaradılan şəraitdən danışıb.

Ardını oxu »

DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN İSTİFADƏYƏ NƏZARƏT DİQQƏTDƏ SAXLANILIR

22.12.2020

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən 2020-ci ilin noyabr ayı ərzində vətəndaşların daşınmaz əmlak və torpaqla bağlı müraciətləri diqqətdə saxlanılmışdır. Daxil olan müraciətlər əsasında     8 fərdi yaşayış evinin texniki pasportu, 32 həyətyanı, 51 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan-ölçüsü hazırlanmışdır.

43 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 56 arayış hazırlanaraq vətəndaşlara təqdim olunmuşdur.

Altı əmlakın qiymətləndirilməsi icra edilmiş, müvafiq hesabatlar hazırlanmışdır.

Ardını oxu »

MÜLKİYYƏT HÜQUQLARININ QEYDİYYATI İLƏ BAĞLI İŞLƏR DAVAM ETDİRİLİR

22.12.2020

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən 2020-ci ilin noyabr ayı ərzində vətəndaşların daşınmaz əmlak və torpaqla bağlı müraciətləri diqqətdə saxlanılmış, mülkiyyət sənədlərinin hazırlanması üçün 65 müraciət qəbul edilərək icra olunmuşdur. Müraciətlər əsasında qanunvericiliklə müəyyən edilmiş müddət ərzində 36 daşınmaz əmlak obyektinin texniki pasportu, 29 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb vətəndaşlara təqdim edilmişdir.

5 əmlakın qiymətləndirilməsi icra edilmiş, müvafiq hesabatlar hazırlanmışdır.

Ardını oxu »

MÜLKİYYƏT HÜQUQLARININ QEYDİYYATI DİQQƏTDƏ SAXLANILIR

21.12.2020

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsi tərəfindən noyabr ayı ərzində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciətlərin icrası diqqətdə saxlanılmışdır. Ötən ay 11 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanmış, 7 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunmuşdur.

Dövlət reyestrindən 26 çıxarışın, məhdudiyyət və yüklülüyə dair 23 arayışın verilməsi ilə əlaqədar qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılmış və qanunvericiliyə uyğun icra edilmişdir.

Vətəndaşlardan daxil olmuş 4 şifahi, 8 yazılı müraciətə qanunvericiliyin tələblərinə uyğun baxılmışdır.

Ardını oxu »