Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI 17,2% ARTIB

HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI 17,2% ARTIB

09.04.2021

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi 2021-ci ilin I rübü ərzində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi tərəfindən diqqət mərkəzində saxlanılıb, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarət artırılıb.

Rüb ərzində 32 daşınmaz əmlakın texniki pasportu hazırlanıb, 36 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilib. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 17,2% artıb.

Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 73 müraciətə baxılıb, məhdudiyyət və yüklülüyə dair 70 arayış verilib.

Bist, Məzrə, Aza, Gənzə və Kotam kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş 26 müraciət müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilib, hazırlanmış mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim olunub.

Baxılıb: 302