Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - TORPAQLARIN QİDA MADDƏLƏRİ İLƏ TƏMİNOLUNMA KARTOQRAMLARININ ƏHƏMİYYƏTİ BARƏDƏ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

TORPAQLARIN QİDA MADDƏLƏRİ İLƏ TƏMİNOLUNMA KARTOQRAMLARININ ƏHƏMİYYƏTİ BARƏDƏ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

16.03.2021

Ordubad Rayonunun Çənnəb kənd mərkəzində Rayon ərazisində torpaqların qida maddələri ilə təminolunma   kartoqramlarının əhəmiyyəti barədə Rayon icra nümayəndələri, bələdiyyə sədrləri və torpaq mülkiyyətçilərinin iştirakı ilə seminar-müşavirə keçirilib

Tədbiri giriş sözü ilə Ordubad Rayon İcra  Hakimiyyəti aparatının böyük məsləhətçisi Nurlan Səfərli açaraq Rayonun coğrafi mövqeyinin kənd təsərrüfatı məhsulları istehsalındakı rolundan, aqrar sahədə, eləcə də torpaqların münbitliyinin artırılması məqsədilə həyata keçirilən tədbirlərdən və muxtar respublikamızda torpaq mülkiyyətçilərinə göstərilən dövlət qayğısından danışıb.

Seminar-müşavirədə torpağın məhsuldarlığının artırılmasında torpaqların qida maddələri ilə təminolunma kartoqramlarının, habelə torpaq münbitliyinin əhəmiyyəti və onun artırılması yolları, torpaqlardan səmərəli istifadə və torpaq mülkiyyətçilərinin mülkiyyət hüquqları, növbəli əkin sistemindən və gübrələrdən düzgün istifadənin məhsuldarlıqda əsas amil olması, torpaq analizlərinin aparılması, kartoqramların əhəmiyyəti və istifadə qaydaları torpaq mülkiyyətçilərinin diqqətinə çatdırılıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, torpaq mülkiyyətçilərini  maraqlandıran suallara aydınlıq gətirilib və hazırlanmış bukletlər tədbir iştirakçılarına təqdim olunub. 

 

Baxılıb: 323