Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - KOMİTƏNİN KOLLEKTİVİ NƏBATAT BAĞINDA OLUB

KOMİTƏNİN KOLLEKTİVİ NƏBATAT BAĞINDA OLUB

  02.12.2019

Noyabrın 30-da Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin və Komitənin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun kollektivləri Nəbatat bağını ziyarət ediblər.

Tanışlıq zamanı məlumat verilib ki, Nəbatat bağının 13,2 hektarlıq ərazisində ayrı-ayrı flora nümunələri üçün sahələr, təcrübə yerləri, nadir bitkilər kolleksiyası, tingçilik sahələri yerləşir. Həmçinin ərazidə meyvə genofondu bağı yaradılıb ki, bu da yerli və məhsuldar toxum sortlarının bərpası baxımından olduqca mühüm əhəmiyyət daşıyır.

Qeyd edilib ki, bağda tam avtomatlaşdırılmış iqlim-nəzarət, istilik, havalandırma və suvarma sistemləri ilə təchiz edilən istilikxana da yaradılıb. İstilikxananın 10 bölməsində muxtar respublikanın iqlim şəraitinə uyğunlaşmayan tropik, subtropik, ekvatorial və digər bitki növləri əkilib.

Dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından gətirilən və Nəbatat bağında tədqiq olunan ağac, kol və bitki nümunələri Komitə əməkdaşları tərəfindən maraqla izlənilib.

Baxılıb: 1420