TORPAQLARIN ELEKTRON KADASTR UÇOTU İNFORMASİYA SİSTEMİNİN PROQRAM TƏMİNATININ HAZIRLANMASI İSTİQAMƏTİNDƏ GÖRÜLƏN İŞLƏR MÜZAKİRƏ EDİLİB
26.05.2018
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində bu münasibətlə keçirilən tədbirdə komitənin sədri Müslüm Cabbarzadə çıxış edərək bildirib ki, yeni yaradılacaq sistem torpaqların uçotunun müasir tələblərə uyğun aparılmasına, məkan məlumatları infrastrukturunun formalaşmasına, bu sahədə aparılan işlərin texnoloji cəhətdən modernləşdirilməsinə zəmin yaradır. Məqsəd təyinatından və mülkiyyət növündən asılı olmayaraq, muxtar respublika üzrə bütün kateqoriyalı torpaqların elektron kadastr uçotuna alınmasını, ərazilərin rəqəmsal xəritələrinin hazırlanmasını, avtomatlaşdırılmış torpaq kadastr informasiya sisteminin və mükəmməl torpaq bankının yaradılmasını təmin etməkdir.
Diqqətə çatdırılıb ki, məlumatların yaradılacaq sistemə miqrasiya edilməsi məqsədilə aid mütəxəssislərlə birlikdə muxtar respublika üzrə vətəndaşların qanuni istifadəsində olan və torpaq islahatı zamanı onların mülkiyyətinə verilmiş torpaq sahələrinə və onların mülkiyyətçilərinə dair məlumatlar sistemləşdirilərək vahid formada yığılıb. Muxtar respublikanın inzibati ərazi bölgüsünün təsnifatı statistik kodlar üzrə məlumat bazası formasında hazırlanıb.
“R.İ.S.K.” Elmi İstehsalat Şirkətinin baş direktoru Cabir Cümşüdov bildirib ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işinin başa çatdırılması torpaqların hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasındakı mövcud olan uyğunsuzluqları aradan qaldırmağa imkan verəcəkdir.
Sonra proqram təminatının hazır modullarının təqdimatı olub.
TORPAQLARIN RƏQƏMSAL KADASTR XƏRİTƏSİNİN TƏRTİB OLUNMASI MÜHÜM ƏHƏMİYYƏTƏ MALİKDİR
28.04.2018
Şərur Rayon İcra Hakimiyyətində “Naxçıvan Muxtar Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.
Tədbiri Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov açaraq rayonda bu sahədə görülən işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə “Naxçıvan Muxtar Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda çıxış edib.
Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 aprel tarixli “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, torpaqların elekron uçotunun aparılması yolu ilə torpaq ehtiyatlarından daha səmərəli istifadənin təmin edilməsi üçün olduqca mühüm əhəmiyyətə malikdir. Bu fərmana əsasən 2020-ci ilədək muxtar respublikada dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılacaq və rəqəmsal kadastr xəritəsi tərtib ediləcək.
DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN İSTİFADƏYƏ NƏZARƏT DİQQƏT MƏRKƏZİNDƏDİR
23.05.2018
Muxtar respublikada torpaqların elektron uçotunun aparılması, torpaq sahələrindən səmərəli istifadənin təmin edilməsi, vətəndaşların daşınmaz əmlak üzərindəki hüquqlarının dövlət reyestrində qeydiyyata alınması zamanı göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi bu ilin aprel ayı ərzində də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqət mərkəzində saxlanılmışdır.
“Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 aprel tarixli Fərmanı ilə müəyyənləşdirilmiş vəzifələrin icrasının təmin edilməsi, torpaq sahələrinin konturlarının çöl geodeziya-ölçmə işləri aparılmaqla dəqiqləşdirilməsi və parametrlərin torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi məqsədilə ay ərzində Naxçıvan şəhərinin Tumbul və Hacıniyyət kəndlərində daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılmış, Şərur rayonunun Cəlilkənd və Danyeri, Babək rayonunun Zeynəddin kəndlərində planaalma işləri davam etdirilmiş, 1170 daşınmaz əmlak obyekti plana alınmışdır.
MUXTAR RESPUBLİKADA 2018-Cİ İLİN BİRİNCİ RÜBÜNDƏ 1335 DAŞINMAZ ƏMLAK OBYEKTİ QEYDİYYATA ALINIB
11.04.2018
Muxtar respublikada daşınmaz əmlak və torpaq münasibətlərinin tənzimlənməsi sahəsində göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi 2018-ci ilin birinci rübündə də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqət mərkəzində saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq Naxçıvan şəhərinin Əliabad qəsəbəsində, Qaraxanbəyli, Qaraçuq və Bulqan, Şərur rayonunun isə Düdəngə və Zeyvə kəndlərində daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılmışdır. Ümumilikdə, birinci rübdə muxtar respublikada 3910 daşınmaz əmlak obyekti plana alınmışdır.
Naxçıvan Muxtar Respublikasında ümumi və suvarılan torpaqların torpaq mülkiyyətçiləri arasında bölüşdürülməsi və torpaqlardan istifadə edilməsinə dair torpaq balansı təsdiq edilmişdir. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar Babək rayonunun Yarımca, Şahbuz