Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - CARİ İLİN İLK AYINDA 93 MÜLKİYYƏT SƏNƏDİ HAZIRLANIB

CARİ İLİN İLK AYINDA 93 MÜLKİYYƏT SƏNƏDİ HAZIRLANIB

 17.02.2020

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən 2020-ci ilin yanvar ayında daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə nəzarət diqqətdə saxlanılıb.

Vətəndaşların müraciəti əsasında ay ərzində 16 fərdi yaşayış evinin, 2 qeyri-yaşayış binasının texniki pasportu, 48 həyətyanı, 27 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsü hazırlanıb. Texniki sənədlərin hazırlanması zamanı 32 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.

15 vətəndaşın şifahi müraciətinə baxılıb. 47 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 82 arayış hazırlanıb.

Rayonun Qorçulu və Diyadin kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş 24 müraciət müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilib.

Baxılıb: 627