Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ŞAHBUZ RAYONUNDA TORPAQLARIN ELEKTRON UÇOTUNUN APARILMASI İLƏ BAĞLI İŞLƏR BAŞA ÇATDIRILIB

ŞAHBUZ RAYONUNDA TORPAQLARIN ELEKTRON UÇOTUNUN APARILMASI İLƏ BAĞLI İŞLƏR BAŞA ÇATDIRILIB

31.03.2020

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi  sahəsində  əlavə  tədbirlər haqqında” 2 aprel 2016-cı il tarixli Fərmanı ilə qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Şahbuz rayonunda torpaq sahələrinin plana alınması başa çatdırılıb.

Planaalma işləri nəticəsində rayonun bütün yaşayış məntəqələrində torpaq sahələrinin konturları yüksək dəqiqlikli geodeziya avadanlıqları vasitəsi ilə dəqiqləşdirilib. Plana alınmış 8 min 6 yüzdən artıq daşınmaz əmlak obyektinin elektron kadastr məlumatları Xidmətin informasiya bazasına daxil edilib, yaşayış məntəqələrinin yeni yerquruluşu xəritələri hazırlanıb. Mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinə dair göstəricilər baza məlumatları ilə müqayisə olunaraq uyğunsuzluqların aradan qaldırılmasına başlanılıb.

Qeyd edək ki, 2016-cı ildən başlanılan planaalma işləri Naxçıvan şəhərində, Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonlarında da tam yekunlaşdırılıb. Hazırda Sədərək rayonunda planaalma işləri davam etdirilir. Naxçıvan şəhəri, Babək, Ordubad və Culfa rayonları üzrə dürüstləşdirilmiş məlumatlar yeni xəritələrin üzərinə köçürülərək Torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilib.

Baxılıb: 644